Tayvan sahillərində 5,4 bal gücündə zəlzələ baş verib.
BUTA.TV xəbər verir ki, bu barədə Tayvanın Mərkəzi Meteorologiya İdarəsi məlumat yayıb.
Yeraltı təkanlar adanın şərq sahillərində yerli vaxtla saat 22:27-də qeydə alınıb.
Zəlzələnin episentri təxminən 100 min nəfər olan Hualien şəhərindən 18,3 kilometr cənubda dənizdə, ocağı isə 17 kilometr dərinlikdə yerləşib.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.
- Bakı-Şamaxı yolunun bir hissəsi çökdü - Video
- İlham Əliyev həmkarını Şuşada qarşıladı
- “Bizi “sıfır nöqtəsinə” geri sürükləməyə çalışırlar”
- 11 yaşlı oğlan çayda boğulub öldü
- “Hamı onun dəhşətli qumarbaz olduğunu bilirdi, gəlin, onu lənətləyək”
- Müharibə nə vaxt bitəcək? - Trampdan cavab
- Həmin epizoda görə ölümlə təhdid edilir - Fotolar
- İrana qarşı yeni hücum dalğası başa çatdı - Yenilənib