Ekologiya əməkdaşı vətəndaşı xidməti avtomobillə təqib edib – Səlahiyyət harada bitir?
İmişli rayonunda Ekologiya Nazirliyinin 3 saylı Şirvan Regional İdarəsinin əməkdaşının xidməti avtomobillə vətəndaşa məxsus avtomobili kənd ərazisinə qədər izləməsi ciddi hüquqi suallar doğurur.
BUTA.TV xəbər verir ki, Ağayev Elçin Fazil oğlu 10-YD-593 dövlət qeydiyyat nişanlı “Niva” markalı xidməti avtomobillə şübhəli hesab etdiyi avtomobili təqib edib.
Məsələnin diqqətçəkən tərəfi isə budur: 10-YD-593 xüsusi operativ nəqliyyat vasitəsi deyil, adi avtomobildir və yalnız xidməti dövlət nömrə nişanı ilə təchiz olunub.
“Heyvanlar aləmi haqqında” Qanun ekoloji nəzarət əməkdaşlarına nəqliyyat vasitələrini saxlamaq, yoxlamaq və qanunsuz ovla əlaqəli avtomobili müvəqqəti saxlamaq səlahiyyəti verir. Lakin vətəndaşın avtomobilini xidməti avtomobillə təqib etmək ayrıca səlahiyyət kimi göstərilmir.
Bu halda sual yaranır: əməkdaş hansı hüquqi əsasla vətəndaşın avtomobilini kəndə qədər izləyib?
Əgər qanunsuz ovçuluqla bağlı əsaslı şübhə mövcud idisə, nəqliyyat vasitəsinin saxlanılması və yoxlanılması qanunla müəyyən edilmiş prosedur çərçivəsində həyata keçirilməli idi.
Nazirlik bu hadisəyə aydınlıq gətirməli və təqibin hüquqi əsasını açıqlamalıdır.
Çünki xidməti avtomobilə dövlət nömrə nişanının verilməsi əməkdaşa avtomatik olaraq hüquq-mühafizə orqanlarının operativ təqib səlahiyyətini vermir.
Sual sadədir: xidməti avtomobil var, bəs xidməti təqib səlahiyyəti varmı?
Tanınmış rəqqas arvadına uşağının yanında zorakılıq etdi - Video