Atəşkəs Naxçıvan istiqamətində pozulanda belə versiyalar səslənirdi ki, bu, Ermənistandakı təxribatçı qüvvələrin Zəngəzur dəhlizinin reallaşması və Kərki kəndinin geri qaytarılması mümkünlüyü əleyhinə atılmış addımdır, gedişata mane olmaq istəyirlər.
BUTA.TV xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu qeyd edib.
O bildirib ki, atəşkəsin Kəlbəcər istiqamətində pozulmasının arxasında da Ermənistandakı revanşist qüvvələrin dayanması ehtimalı yüksəkdir:
“Bunun mexanimzi çox sadədir. Qarabağ klanı və ya digər radikal qüvvələr ordudakı tərəfdarlarından bir qrupuna mesaj göndərirlər ki, Azərbaycan tərəf atəş açın. Və ya radikal qüvvələrin nümayəndələrindən bir qrupu maşınla sərhəd kəndlərdən birinə yaxınlaşaraq Azərbaycan tərəfə atəş açır. Bu ilin fevral ayında qarşı tərəf atəş açaraq hərbçimizi yaraladıqda, Baş nazir Nikol Paşinyan bunun təxribat olduğunu anlayaraq orduda bəzi yerdəyişmələr etdi. Ancaq bu prosesi ya sona çatdıra bilmədi, ya sona çatdırmağa risk etmədi. Bütün hallarda atəşkəsin pozulmasının intensiv hal alması gərginliyi artırır, bu isə öz növbəsində danışıqlar prosesinə mənfi təsir edir”.
- Hizbullahın hərbi qanadının daha bir üzvü öldürüldü
- ABŞ Livandakı diplomatlarını təxliyə etdi
- İlham Əliyevin Paşinyanla görüşü ola bilər - Lavrov
- Trampın sözləri Borrelli qəzəbləndirdi: Ukrayna üçün hər şeyi...
- Xarkova PUA hücumu: Ali Məhkəmənin hakimi öldü
- Hərbi əməliyyatlar dərhal dayandırılmalıdır - BMT
- Fidan: Blinkenlə Bakı-İrəvan sülhündən danışdım
- Ostin İsrailin hücumuna görə onunla iki dəfə danışdı