Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumu və proqnozunu açıqlayıb.
Rəsədxanadan BUTA.TV-a bildirilib ki, Günəş fəallığı bir qədər zəifləyib. Həmçinin tac kütlə atılmaları qeydə alınıb.
Günəşin səthində ləkələrin sayı artaraq 10 ləkə qrupunda 176 ləkə müşahidə olunur. Geomaqnit sahəsi sakit və aktiv səviyyələrdə olub. Hazırda kosmik hava sakitdir.
İyunun 30-dək Günəşdə C sinif alışmanın baş verməsi ehtimalı 99 faiz, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 60 faiz, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 15 faiz təşkil edir.
Günəş küləyinin sürətinin mənfi qütblü yüksəksürətli tac dəliyi axınlarının təsiri ilə iyunun 24-nə qismən artacağı, sonra isə nominal hala dönəcəyi gözlənilir.
Geomaqnit sahəsinin mənfi qütblü yüksəksürətli tac dəliyi axınlarının təsiri ilə iyunun 24-nə qeyri-sabit olacağı, sonra isə sakit olacağı proqnozlaşdırılır.
- Müharibə nə vaxt bitəcək? - Trampdan cavab
- Həmin epizoda görə ölümlə təhdid edilir - Fotolar
- İrana qarşı yeni hücum dalğası başa çatdı - Yenilənib
- Bakı-Şamaxı yolu çökdü - Video
- “Mənə verdiyi suala görə vəzifəsindən azad edilib” - Qusmanı misal çəkdi+Video
- Ukraynanın Baş naziri istefa verdi
- “Turbo.az” və “Bina.az”la bağlı gözlənilməz - Qərar
- “Atasına deyir ki, meyitini gətirin, əlimi sürtüm” - Gözdən əlil ananın fəryadı+Video