Xəbər verdiyimiz kimi, artıq Milli Məclis parlament seçkilərinin 2 ay irəli çəkilməsi ilə bağlı Prezident İlham Əliyevə müraciət edib. Seçkilərin sentyabrın ilk ongünlüyündə keçiriləcəyi gözlənilir.
BUTA.TV xəbər verir ki, 2020-ci il seçkilərində bəzi tanınmış jurnalistlər də seçkiyə qatılmışdı. Onlar qarşıdan gələn seçkidə iştirak edəcəklərmi?
Ləman Ələşrəfqızı, Elxan Şükürlü, Jalə Mütəllimova seçkilərdə iştirak edib-etməyəcəkləri ilə bağlı hələ qərar vermədiklərini bildirib.
Zahir Əzəmət, Afət Telmanqızı, Yelena Sidorenko (Eyvazlı) isə sentyabrda keçirilməsi gözlənilən növbədənkənar seçkilərdə iştirak etməyəcəklərini bəyan edib.
İrəvan toqquşma hazırlayır: Bu, artıq Bakı ilə deyil, Rusiya girəcək!
Jurnalist Aygün Mütəllimova 28 saylı Sabunçu Seçki Dairəsindən, Fuad Abbasov Xətai rayonu 33 saylı Seçki Dairəsindən, Vüqar Məmmədov Nizami İkinci Seçki Dairəsindən namizədliyini irəli sürəcəyini deyib.
Ceyhun Musaoğlu bildirib ki, öncəki seçkilərdə deputat seçilməsə də, artıq bölgədə millətin vəkili olaraq tanınır. O, hələ namizəd olub-olmayacağına qərar vermədiyini də bildirib.
İltifat Hacıxanoğlu, Zaur Əhməd də qarşıdakı zaman kəsimində qərar verəcəklərini vurğulayıblar.
Qeyd edək ki, 2020-ci ildə 35 saylı Xətai Üçüncü Seçki Dairəsində Ümid sədri İqbal Ağazadə ilə qarşılaşan və seçki nəticələri ləğv edilən Rauf Arifoğluya ünvanladığımız sorğu cavabsız qalıb.
- Qüdsdə bayram tədbirində erməni keşişlərin əxlaqsızlığı - Foto
- Azərbaycanda 273 ukraynalı uşaq reabilitasiyadan keçdi
- İrəvan niyə Minsk qrupunu saxlamaqda israr edir? - Bayramov
- Bayramov Çavuşoğlunun atasının vəfatına görə Türkiyədə - Foto
- ABŞ elan etdi: seçki, insan haqları “tələbi” bitdi
- İrəvan toqquşma hazırlayır: Bu, artıq Bakı ilə deyil, Rusiya girəcək!
- Mövqelərimiz atəşə tutuldu: Ordumuz adekvat cavab verdi
- AB Türkiyəni “türk əli” ilə vurdu - Ərdoğan özü razılıq verib?