Bakıda nağdsız ödənişlərə keçid təmin olunduqdan sonra ictimai nəqliyyatda güzəştlərin və aylıq, illik ödənişlərin tətbiqi mümkün ola bilər.
BUTA.TV xəbər verir ki, bu barədə Report-a cavab olaraq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.
"Müxtəlif əhali qrupları - tələbələr, təqaüdçülər və digər sosial qruplardan olan şəxslərə ictimai nəqliyyatda güzəştli gediş haqlarının, həmçinin illik və aylıq ödənişlərin tətbiqi üçün xüsusi infrastruktur qurulmalı, nağdsız ödənişlərə keçid tam təmin edilməlidir.
Hazırda sərnişin daşımalarını yerinə yetirən subyektlərdə gediş haqqının nağdsız ödənilməsini təmin edən ödəniş sisteminə keçidin sürətləndirilməsi ilə bağlı işlər görülməkdədir”,- AYNA qeyd edir.
Bildirilib ki, Bakıda əksər avtobus marşrutlarında nağdsız ödəniş sistemi tətbiq edilir. Paytaxtda 2000-dən artıq avtobus istismar olunur. Bu avtobuslardan 1 824-də nağdsız ödəniş üçün avadanlıq quraşdırılıb.
- İlham Əliyev 2 fərman imzaladı
- Attestasiyadan kəsilən kitabxana işçiləri... – Nazir müavini
- “Gənclik”dəki avtobus dayanacağı yoxa çıxdı – Foto
- İranda daha iki etirazçı edam edildi, bir qadın güllələndi
- Türkiyədən gətirilmiş bu qida məhsulu məhv edildi - Foto
- Əliyevlə Putin telefonla danışdı
- Sabah 40 dərəcə isti olacaq
- Dini inancları təhqir edən Üzeyir Abas saxlanıldı