Sabiq prokuror qəfil öldü - Foto

14:21 - 27 İyul 2026 - GÜNDƏM

 Sabiq prokuror qəfil öldü - Foto

Azərbaycan Respublikasının Baş Prokurorluğunun veteranı, ədliyyə müşaviri Füzuli Musayev vəfat edib.

BUTA.TV Shimal.News-a istinadla xəbər verir ki, uzun illər prokurorluq orqanlarında çalışmış məmur yaşadığı evdə ürəktutması nəticəsində dünyasını dəyişib.

1992-ci ildə prokurorluq orqanlarında qulluğa başlayan Füzuli Musayev əmək fəaliyyəti dövründə Daşkəsən, Samux və Tovuz rayon prokurorluqlarında müstəntiq və böyük müstəntiq, Zaqatala Rayon Prokurorluğunda isə prokuror müavini vəzifəsində çalışıb.

O, sonrakı illərdə Sabirabad və Şamaxı rayonlarının prokuroru, həmçinin prokurorluq orqanlarında müxtəlif məsul vəzifələrdə xidmət göstərib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol