Müdir maaşa görə etiraz edən işçini döyüb? - Video

23:11 - 26 İyul 2026 - GÜNDƏM

 Müdir maaşa görə etiraz edən işçini döyüb? - Video

Maaşını ala bilmədiyi üçün etiraz edən işçi müdir tərəfindən döyüldüyünü iddia edib.

BUTA.TV”nun xəbərinə görə, Tovuz sakini Leyla Rəhimova bildirib ki, maaşının ödənməsini tələb etdiyi üçün Yasamal rayonunda yerləşən “Laləli” uşaq bağçasının müdiri ona qarşı zorakılıq tətbiq edib.

Leyla Rəhimova iddia edir ki, bağça müdiri ona 300 manat əməkhaqqını verməməklə yanaşı, azyaşlı və autizmli uşağını da bağçadan çıxarıb.

Məsələ ilə bağlı “Laləli” uşaq bağçasının müdiri Lalə Əzimova bildirib ki, işçiyə əl qaldırmayıb, aralarında sadəcə mübahisə olub.

Bu xəbər hal-hazırda çox oxunur
Xəzərdə batan şəxs müstəntiq imiş

Leyla Rəhimova baş verən hadisədən sonra polisə müraciət edib və məsələnin hüquqi müstəvidə həll olunmasını gözləyir.

Daha ətraflı “Xəzər TV”nin videomaterialında:


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol