Küləkli hava şəraiti ilə əlaqədar sürücülərə və piyadalara xəbərdarlıq edilib.
BUTA.TV xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb.
Xatırladılıb ki, hazırda Bakıda və Abşeron yarımadasında, eləcə də bir sıra bölgələrdə müşahidə olunan küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.
BDYPİ əlverişsiz hava şərtlərinin yollarda yarada biləcək təhlükənin qarşısının alınması üçün hərəkət iştirakçılarından ehtiyatlı olmağı, yol hərəkəti qaydalarına ciddi riayət etməyi xahiş edib.
Atası çevriliş cəhdinə görə həbs edildi - Oğlu prezidentliyə namizəd oldu
Bildirilib ki, qoşqulu, tentli, uzun ölçülü yük avtomobillərinin sahibləri və sürücüləri daha məsuliyyətli olmalı, küləkli hava şəraitində hərəkətin çətin və təhlükəli olduğunu unutmamalı, daşıdıqları yükün qablaşdırılmasına xüsusi diqqət yetirməlidirlər.
Sürücülərə nəqliyyat vasitələrini sürüşmə, aşma və digər bu kimi təhlükə ehtimalı olan obyektlərdən kənarda saxlamaq, park edərkən qapalı məkanlara üstünlük vermək tövsiyə olunub.
İdarədən bildirilib ki, ələlxüsus, açıq ərazilərdə küləyin yaratdığı toz dumanı səbəbindən görünüş məsafəsi məhdudlaşdığı üçün sürücülər sürət həddini, ara məsafəsini nəzarətdə saxlamalı, ötmə, manevretmə zamanı ehtiyatlı olmalıdırlar.
Piyadalar da mövcud hava şəraitini düzgün qiymətləndirməli, yollarda özlərinin və digər hərəkət iştirakçılarının həyat və sağlamlığına təhlükə yaradan davranışlardan çəkinməlidirlər.
- Qaytarıla bilməyən kreditlər bağlana bilərmi?
- Bu şəxslər 7 minədək cərimələnəcək: Prezident təsdiqlədi
- İlham Əliyevdən futbolla bağlı - Sərəncam
- Bakıda bu avtobuslar yeni daşıyıcılara həvalə edildi
- İlham Əliyev fərman imzaladı
- Qarsdan çağırıldı - İstanbula konsul göndərildi
- Sabah dənizdə dalğa artacaq
- Bakıda güclü külək bu vaxt zəifləyəcək