Ağcabədi rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
BUTA.TV Teleqraf-a istinadla xəbər verir ki, hadisə rayonun Qaraxanlı kəndində qeydə alınıb.
İlkin məlumata görə, 1993-cü il təvəllüdlü Tahir Əliyevin idarə etdiyi traktor elektrik dirəyinə çırpılıb. Bu zaman traktorun pilləkənində dayanan həmkəndlisi Faiz Rzayev müvazinətini itirərək yerə yıxılıb və təkərin altında qalıb.
Ağır xəsarət alan F.Rzayev təcili tibbi yardım briqadasının köməyi ilə xəstəxanaya çatdırılıb. Lakin həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Atası çevriliş cəhdinə görə həbs edildi - Oğlu prezidentliyə namizəd oldu
Faktla bağlı araşdırma aparılır.
- Rəşad Göyüşov vəzifəsindən ayrıldı - Foto
- Güclü külək: DYP-dən sürücülərə xəbərdarlıq
- Təhlükəsizlik tədbirləri gücləndirildi - "Azneft"
- Bakıda güclü külək: xəsarət alanlar var
- Bakıda bu ərazidə yanğın başladı
- Xəzərdə batan müstəntiq vəzifəli şəxsin oğlu imiş - Foto
- Traktorun təkəri altında qaldı, öldü
- Bakıda güclü külək: 7 ağac sındı