1055 kilometrlik yola Trampın adını verdilər - Video

20:40 - 26 İyul 2026 - GÜNDƏM

 1055 kilometrlik yola Trampın adını verdilər - Video

Mərakeşdə Tiznit və Daxla şəhərlərini birləşdirən sürətli avtomobil yoluna ABŞ Prezidenti Donald Trampın adı verilib.

BUTA.TV” xəbər verir ki, Tramp sosial şəbəkə hesabında paylaşım edərək, qərara görə Mərakeş Kralı VI Məhəmmədə təşəkkür edib və bunu “böyük şərəf” adlandırıb.

O, “Donald J. Trump Highway” adlandırılan yolun bütün uzunluğunu yaxın gələcəkdə avtomobillə keçməyə ümid etdiyini bildirib.

Tiznit-Daxla sürətli yolu Mərakeşin Atlantik sahili boyunca təxminən 1055 kilometr uzanır. Marşrut Quelmim, Tan-Tan, Laayun və Bujdur kimi şəhərlərdən keçərək Daxlaya çatır.

Bu xəbər hal-hazırda çox oxunur
Xəzərdə batan şəxs müstəntiq imiş

Layihənin təməli 2015-ci ildə Mərakeşin cənub əyalətlərinin inkişaf proqramı çərçivəsində qoyulub. Yolun son hissəsi 2025-ci ilin yanvarında istifadəyə verilib. Layihəyə ümumilikdə təxminən 9-10 milyard dirhəm sərmayə qoyulduğu bildirilir.

Yeni avtomobil yolu ölkənin şimal və cənub bölgələri arasında nəqliyyat əlaqələrinin yaxşılaşdırılması, səfər müddətinin azaldılması və ticarət imkanlarının genişləndirilməsi baxımından strateji əhəmiyyət daşıyır.

Yolun Daxla Atlantik Limanı ilə əlaqələndirilməsi də nəzərdə tutulur. Tikintisi davam edən limanın regionda ticarət və logistika imkanlarını genişləndirməsi gözlənilir.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol