Azərbaycan yeni geosiyasi reallıqlara və ədalətə əsaslanan, hər hansı ayırıcı xətlər olmadan inteqrasiya olunmuş və inklüziv Cənubi Qafqaz regional əməkdaşlıq modelinin qurulmasının tərəfdarıdır.
BUTA.TV xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin 4 İyul – Müstəqillik Günü münasibətilə Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef Baydenə təbrik məktubunda bildirilib.
Dövlətimizin başçısı vurğulayıb ki, Azərbaycan Ermənistan ilə sülh müqaviləsinin və onun əsasını təşkil edən 5 prinsipin təşəbbüskarı olaraq sülh gündəliyinin irəli aparılması üçün daim siyasi iradə nümayiş etdirir. Ermənistan ilə münasibətlərin normallaşdırılmasına, bölgədə davamlı sülhün bərqərar edilməsi, sülh müqaviləsinin hazırlanması prosesinə ABŞ-ın hər zaman dəstək vermək əzmini təqdir edirik.
“Bu gün qarşılıqlı faydalı iqtisadi-ticari əlaqələrimizin şaxələndirilməsi, xüsusilə də yüksək texnologiyalar, rəqəmsal və yaşıl keçid, kənd təsərrüfatı, investisiyalar, aviasiya və digər sahələrdə əməkdaşlığımızın inkişaf etdirilməsi üçün böyük perspektivlər vardır.
İnanıram ki, dost və tərəfdaş olan Azərbaycan ilə ABŞ arasında müxtəlif sahələri əhatə edən sıx əməkdaşlığın ölkələrimizin maraqları və xalqlarımızın rifahı naminə bundan sonra da uğurla davam etdirilməsi yolunda birgə səylər göstərəcəyik”, - deyə Prezident İlham Əliyev qeyd edib.
- Zəngəzur dəhlizi unikal marşrut olacaq... - Nazir
- Xocalıda talanlar bu tarixədək davam edib - Babayan
- Azərbaycanla əlaqələrimiz inkişaf edir - Rusiya
- Əliyev əllərini təcili dezinfeksiya etməlidir
- Bakıda qadın bıçaqla blogerin evinə gələrək onu hədələdi - FOTO
- Pekində görüş niyə alınmadı? - Əliyevin Putinlə görüş şərti...
- Telefonda icra başçısını təhqir etdi - Cəzalandırıldı
- “İnsana iş imkanı yaradılmalıdır ki, axşam uşağına çörək gətirə bilsin” - SİSTEM ÖZÜNÜ DOĞRULTMADI