Xəbər verdiyimiz kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iyulun 6-da Türkiyə-Niderland oyununu izləmək üçün Almaniyaya gedəcəyi, bu səbəbdən də həmin tarixdə nəzərdə tutulan Şuşa səfərinin ləğv edildiyi ilə bağlı məlumatlar yayılıb.
BUTA.TV xəbər verir ki, Türkiyənin NTV nəşri sözügedən tarixdə Şuşada keçiriləcək TDT dövlət başçılarının qeyri-rəsmi sammitində Ərdoğanı Türkiyənin vitse-prezidenti Cövdət Yılmazın əvəz edəcəyini bildirib.
Qeyd edək ki, Türkiyənin Azərbaycandakı səfirliyi Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfərinin ləğv edilməsi və Almaniyaya getməsi haqda hansısa məlumatın daxil olmadığını bildirib.
Xatırladaq ki, Əliyevlə Ərdoğan ötən gün Astanada Azərbaycan-Türkiyə-Pakistan ldierlərinin üçtərəfli görüşü çərçivəsində görüşüblər.
- Sabah 40 dərəcə isti olacaq
- Ədliyyə Nazirliyi və DİN-dən birgə əməliyyat...
- Kanalda batan 33 yaşlı şəxsin meyiti tapıldı - Foto
- Bu ərazilərdə 3 gün su olmayacaq
- Bakıda ağır qəza: ölən var
- Şəhid oğlunun iddiaları ilə bağlı - Rəsmi açıqlama
- Qəza iştirakçıları hansı halda hadisə yerini tərk edə bilərlər?
- Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı