Türk əsilli məşhur alman futbolçu Mesut Özil Türkiyədə akademiyasını açır.
Bu barədə ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Avro-2024"ün 1/4 finalını ziyarət etdikdən sonra Almaniyadan qayıdarkən danışıb.
"İndi o, Türkiyədə futbol məktəbi və akademiya yaradır. O, Almaniya və "Real Madrid"dəki kimi struktur yaratmaq istəyir. Əgər doğrudan da belə bir addım atılsa, belə bir struktur bizə keçsə, o zaman futbol meydançasında təkcə 22 yaşlı deyil, 10-12 yaşlı yeniyetmələri də görəcəyik. Bu akademiyada onlar topa vurmazdan əvvəl hörmət və sevgini öyrənəcəklər", - Türkiyə prezidenti bildirib.
Xatırladaq ki, Mesut Özil Almaniya millisinin heyətində 2014-cü ildə dünya çempionatının qalibi olub. Futbolçu, həmçinin "Real Madrid" və Londonun "Arsenal" klublarındakı çıxışları ilə də tanınır.
- Bu, sülhün zəngidir
- Baş nazirin ayaqları “itdi” - Sosial şəbəkələrdə lağa qoyuldu
- “Təlimdə idim, gəlib gördüm ki, evimi vurub dağıdırlar” - Video
- Prezident Trampa məktub ünvanladı
- Zəng Trampın təşəbbüsü ilə baş tutub - 40 dəqiqədən çox çəkib
- İlham Əliyev Donald Trampla danışdı
- 8 avqust sülhün siyasi simvoludur
- “Tramp Ermənistan və Azərbaycan arasında sülhü təmin etdi” - Marko Rubio