“Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Natiq Axundov gömrük orqanları ilə ictimaiyyət arasında uçurum yaradaraq, özünün yarıtmaz fəaliyyəti ilə bağlı olan narazılıqları Komitə sədri cənab Şahin Bağırova qarşı yönləndirir”.
Bu barədə sensasion fikirləri Demokrat.az-a açıqlamasında Dövlət Gömrük Komitəsi yanında İctimai Şuranın sədri Ramil Əliyev bildirib. Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırova yazılı müraciət edən Ramil Əliyev deyib ki, Natiq Axundov dəfələrlə Dövlət Gömrük Komitəsi yanında İctimai Şuranın fəaliyyətinə süni maneələr yaradıb:
Ramil Əliyevin müraciətini təqdim edirik:
“İctimai Şura olaraq ilk fəaliyyətimizi 44 günlük Vətən savaşının yeganə gömrükçü şəhidi olan Ülvi Hacıyevin məzarını və ailəsini ziyarət etməklə başlamağa qərar verdik. Həmin ziyarət və görüşlə bağlı fikirlərimizi media vasitəsilə də cəmiyyətə çatdırdıq. Ancaq Natiq Axundov nədənsə son vaxtlar İctimai Şuranın fəallığından ciddi narahat olmağa başlayıb.
O, bizə dəfələrlə açıq şəkildə bildirir ki, bu cür görüşlərlə siz özünüzü reklam edirsiniz. Ona görə də Dövlət Gömrük Komitəsi İctimai Şuranın bundan sonra keçirəcəyi görüşləri özünün sosial şəbəkə hesablarında yayımlamayacaq.
Hətta, Natiq Axundov çəkinmədən mənə deyir ki, İctimai Şura mayın 10-da ulu öndər Heydər Əliyevin məzarını ziyarət etməklə özünü reklam edib. Natiq Axundov bizim bu cür ziyarətlərimizi də qəbul etmədiyini bildirir.
Natiq Axundov öz davranışları ilə İctimai Şura üzvlərini idarə etməyə və özünün tərtib etdiyi iş planı üzrə işləməyə təhrik edir.
Fürsətdən istifadə edib, media vasitəsilə cənab Şahin Bağırova müraciət edirəm:
Mən Ramil Əliyev 44 günlük Vətən savaşından bəri şəhid və qazilərimizdən bəhs edən 150-dək sənədli film çəkərək, “Öndər.TV” internet televiziyasında yayımlamışam. Bu filmlərin böyük əksəriyyətini şəxsi vəsaitim hesabına, 30-nu isə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən rəhbəri olduğum “İnkişafa və İslahatlara Dəstək” ictimai birliyinə ayrılan maliyyə dəstəyi hesabına “Şəhid və qazilərin həyat yolunu işıqlandırararq, gənc nəslin maarifləndirilməsi” layihəsi çərçivəsində reallaşdırmışam.
Müasir Azərbaycanın qurucusu və banisi olan ulu öndər Heydər Əliyevə və onun layiqli davamçısı, “Qarabağın fatehi” Müzəffər Ali Baş Komandan, cənab İlham Əliyevə sonsuz sevgimizi, şəhid və qazilərimizə olan diqqət və ehtiramımızı Natiq Axundov kimilər dayandıra bilməz. Çünki bu sevgi bizim əbədi ruhumuzdadır.
Hörmətli Şahin müəllim, sizin Dövlət Gömrük Komitəsi yanında İctimai Şuranın fəaliyyəti üçün göstərdiyiniz səyləri və Şura üzvlərinin sərbəst çalışması üçün ofislə təmin etdiyiniz şəraitindən məmnunuq. Ancaq bizim bu fəaliyyətimizin mediada da işıqlandırılmasına Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin marağı və dəstəyi olmalıdır. İndiyədək şəxsən sizdən bir çox dəstəyi hiss etsək də, ancaq çox təəssüf ki, Komitənin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Natiq Axundov İctimai Şuranın fəaliyyətinə ciddi şəkildə əngəl törədir.
Ümid edirik ki, sizin təcili müdaxilənizdən sonra nəhayət ki, Dövlət Gömrük Komitəsi yanında İctimai Şura sərbəst fəaliyyətinə davam edə biləcək”.
- ABŞ-dan “sürpriz”: Ərdoğan Putinə zəng etdi - Nə baş verir?
- Ermənilər azərbaycanlıların qəbiristanlığını dağıtdı - Video
- Ermənistana silah daşınır – MN narahatdır, çağırış etdi
- İsrail səfirliyi yanında atışma: ölü və yaralılar var
- Bakıda 300 milyard razılaşdırıldı: Amma Leyen və Berbok…
- Paşinyanın Bakıya bu “güzəşti” hiylədir – Moskvadan baxış
- COP29-da bu saziş olmalıydı, əvəzində Bakıya "hücum" edildi...
- Bu gün Bakıda mühüm addım atıldı - Nazir