İctimai fəal İlkin Rüstəmzadə "Ekspressbank"la bağlı Prezidentə müraciət edəcəyini açıqlayıb.
BUTA.TV xəbər verir ki, İlkin Rüstəmzadə bankda ona qarşı haqsızlıq edildiyinə görə bu addımı atacağını qeyd edib.
"Gəlmişəm "Ekspressbank"a. Cari hesab açmağa, kart açmağa uyğun bilmədilər. Açıq-aşkar dedilər ki, sən qara siyahıdasan. Dedim ki, heç vaxt heç bir bankda kreditim olmayıb, hansısa şübhəli əməliyyatım olmayıb.
"Məhkumluğa görə sən bizə uyğun müştəri deyilsən" dedilər. "Voobşem", səviyyən uyğun gəlmir bizim banka".
Niderlandlı qadına Şəkidə itlər hücum etdi - Belə xilas olundu+Video
İlkin Rüstəmzadə bankın etdiyinin açıq-aşkar tərbiyəsizlik olduğunu vurğulayıb. O bildirib ki, bu, həm də cinayətdir:
"Diskriminasiyanın hər hansı növü və forması Azərbaycan Konstitusiyasına görə qadağandır. Mənə qarşı edilən bu ləyaqətsiz davranışla bağlı Maliyyə, Daxili İşlər Nazirliklərinə və Dövlət Təhlükəsizlik Xidmətinə rəsmi şikayət ünvanladım.
Bir azdan Prezidentə də rəsmi şikayət ünvanlayacam. Sabah isə rəsmi qaydada məhkəməyə müraciət edəcəm. Bankdan mənə qarşı etdikləri davranışa görə 1 milyon manat təzminat tələb edəcəm".
- Türkiyədə sahilə pilotsuz kater çıxdı
- Onların nefti ilə strateji ehtiyatımızı artıracağıq - Tramp
- Həmin bərədə Azərbaycan vətəndaşları da olub
- Nyu-Cersidə atışma: 2 ölü, 9 yaralı
- Bakıda leysan olacaq, rayonlara dolu düşəcək
- Gəmi qəzası: Ərdoğan türk xalqına başsağlığı verdi
- Maduro həbsxanadan fotosunu paylaşdı
- Putin yenə bizi məğlub etdi - Ferlinqer