Tərtər rayonunda kanala düşərək boğulan 63 yaşlı Ağa Məmmədovun ölümünün təfərrüatı məlum olub.
“BUTA.TV”nun əldə etdiyi məlumata görə, Cəmilli kənd sakini Ağa Yapon oğlu Məmmədov Soqovuşandan gələn beton kanaldan su götürmək istəyərkən ehtiyatsızlıqdan suya düşüb.
Yaxınlarının sözlərinə görə, Ağa Məmmədov vaxtaşırı gənc yaşda vəfat edən gəlininin məzarını ziyarət edirmiş.
Bildirilib ki, o, hadisə günü də məzarlığa gedib və məzarın ətrafındakı yaşıllığı sulamaq üçün kanaldan su götürmək istəyib. Lakin su götürərkən ehtiyatsızlıqdan kanala düşüb. Güclü su axını nəticəsində onun meyiti bir neçə kilometr uzağa aparılıb.
Qeyd edək ki, hadisədən bir neçə saat sonra onun meyiti düşdüyü yerdən bir neçə kilometr aralıda kanalın Borsunlu kəndi ərazisindən keçən hissəsində, suötürücü qapıların yaxınlığında sakinlər tərəfindən aşkarlanıb.
Faktla bağlı araşdırma davam etdirilir.
Ziya Əmirxanlı
- Avtobusla yük maşını toqquşdu: 25 ölü
- “Barselona” bu tarixdə Bakıya gələcək - Cədvəl
- Fransada uzunmüddətli tətil xəbərdarlığı
- Zaxarova Paşinyana: Sizi müdafiə etməyə gəlirdik, Qarabağı...
- Gəlininin məzarına su götürmək istəyərkən - Kanalda boğuldu
- 21 marşrutun yolu dəyişdirilir - Sərnişinlərin nəzərinə!
- Rusiya Buçanı vurdu: 27 nəfər öldü
- Bakıda leysan olacaq