Bu gün axşam saatlarında Hirkan Milli Parkının Lənkəran rayonu Yuxarı Təngivan kəndi yaxınlığında yanğın hadisəsi baş verib.
Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev BUTA.TV-a bildirib ki, ilkin ehtimala görə, yanğına səbəb meşədə giləmeyvə yığan kənd sakinlərinin odla ehtiyatsız davranmaları olub.
"Hadisə yerinə Milli Parkın, Fövqəladə Hallar Nazirliyinin Regional Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunub və yanğın tez bir zamanda söndürülüb. Yanğın nəticəsində quru ot örtüyü yanıb".
Xidmət rəisi qeyd edib ki, təbiətdə olarkən vətəndaşların ehtiyatsızlığı, yanğın təhlükəsizliyi qaydalarına əməl etməmələri, təəssüf ki, belə fəsadlarla nəticələnir, meşə sahəsinə, ətraf mühitə ziyan dəyir.
"Bir şəxsin ehtiyatsızlığı bəzən hektarlarla meşəlikdə yanğın fəlakətinə gətirib çıxarır. Odur ki, hər kəsə, xüsusilə ətraf kəndlərdə yaşayan sakinlərə müraciət edirik, təbiətdə olarkən məsuliyyətli davranmağı, odla ehtiyatlı olmağı unutmayın və yanğına səbəb olmayın”.
- Putinlə Əliyev onların həbsini müzakirə edib - Kreml
- Monteneqroda saxlanılan azərbaycanlılarla bağlı müraciət...
- Natalya Petkeviç Füzuliyə getdi - Foto
- Mehriban Əliyeva Türkiyəni belə təbrik etdi - Foto
- Türkiyə Cümhuriyyətinin qurulmasından 102 il ötür
- Mehdiyevin 50 nəfərlik siyahısında kimlər olacaqdı? - Millət vəkili
- İmamoğlunun casusluq işində İsa Qəmbərin adı çıxdı
- Zəngəzur dəhlizi ilə bağlı sürpriz gəlişmə...