Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-a səfəri çərçivəsində Fransa Prezidenti Emmanuel Makronla görüşüb.
BUTA.TV xəbər verir ki, tərəflər Türkiyə-Fransa münasibətlərini, Rusiya-Ukrayna və Ərəb-İsrail münaqişəsini, regional və qlobal məsələləri müzakirə ediblər. Müzakirə olunan məsələlər arasında Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsini müzakirə edib.
“Respublika prezidenti regionda yeni səhifə aça biləcək sülh müqaviləsinin ən qısa zamanda bağlanması məqsədi ilə Ermənistan və Azərbaycan arasında davam edən dialoqa dəstəyimizi bir daha təsdiqlədi”, - Makronun ofisinin bəyanatında deyilir.
Ərdoğan ikitərəfli əlaqələrin bütün sahələrdə inkişafının vacibliyini vurğulayaraq, Türkiyənin AB-yə üzvlük prosesinin bərpası üçün dəstək gözlədiyini də qeyd edib.
- Sabahın hava proqnozu açıqlandı
- Bakıda magistralla qaçan cins atlar kimindir? - Video
- Atasını itirən Messiyə təsirli jest - Fotolar
- Türkiyədən İslandiyaya tarixi təyinat - İlk o oldu
- Kanalda batan Aminin meyiti tapıldı
- Bu, sülhün zəngidir
- Baş nazirin ayaqları “itdi” - Sosial şəbəkələrdə lağa qoyuldu
- “Təlimdə idim, gəlib gördüm ki, evimi vurub dağıdırlar” - Video