Xəbər verdiyimiz kimi, Azərbaycan Pakistana ilkin olaraq 2 milyard dollar investisiya yatıracaq.
BUTA.TV xəbər verir ki, ötən gün Prezident Əliyev və Baş nazir Şərifin mediaya bəyanatlarında sərmayənin yatırılması üçün saziş üzərində son tamamlama işlərinin getdiyi və yaxın aylarda müqavilə imzalanacağı bildirildi.
Hələlik sərmayənin konkret hansı sahəyə yatırıldığı elan olunmasa da, bu açıqlama Pakistan Baş naziri Şahbaz Şərifin ötən ilin iyun ayında Bakıya səfəri zamanı Azərbaycan Prezidenti İlham Əliyevdən yardım istəməsini yada salır. Belə ki, Bakıda liderlərin mediaya birgə açıqlamaları zamanı Şahbaz Şərif enerji idxalı məsələsində çətinliklərindən bəhs etmiş, bu sahəyə ildə 27 milyard ayırmalarına baxmayaraq, bahalı idxalın davam etdiyini bildirmiş, günəş enerjisindən istifadədə və Pakistanın enerji idxalında böyük xərclərinin azaldılmasında Əliyevin yardımına ehtiyacları olduğunu vurğulamışdı.
Ötən gün Prezident Əliyev Pakistana ilkin olaraq 2 milyard dollarlıq sərmayə yatırılacağını bildirərək qeyd etdi ki, baş nazirlə energetika, infrastruktur, daşımalar və bir sıra digər sahələrdə, o cümlədən çox uğurla əməkdaşlıq etdiyimiz müdafiə sənayesində bir sıra layihələri artıq nəzərdən keçirdik. Bu isə onu deməyə əsas verir ki, Azərbaycan əsasən Pakistanın enerji sektoruna yatırıma hazırlaşır.
- Dübəndidə dəniz sahilinə neft qalıqlarının yığılmasının səbəbi - Açıqlandı
- Bakıda çimərliyə neft sızdı - "Azneft"dən açıqlama
- ABŞ blokadası bitdi - İlk konteyner gəmisi İranda
- Orta təhsil səviyyəsi üzrə imtahanlar keçirildi
- Bakının bir neçə rayonunda suyun verilmə saatları azaldılıb - Rəsmi
- Kral tarixi uğuru futbolçularla belə qeyd etdi - Video
- Sabahın hava proqnozu açıqlandı
- Bakıda avtobus 75 yaşlı qadının üstündən keçdi - Anbaan video