Kərimlə bağlı açıqlama: "Ayağa qaldırılmağa cəhd göstərilmişdi, hətta otururdu..." - QALMAQAL

13:37 - 12 İyul 2024 - HADİSƏ

 Kərimlə bağlı açıqlama:

Xəbər verdiyimiz kimi, meyxanaçı Ağamirzə Məmmədov ARB TV-də yayımlanan “Elgizlə izlə” verilişi vasitəsilə meyxanaçı Ağakərim Novruzovun may ayında başlayan müalicələrinin heç bir nəticəsi olmadığı barədə açıqlaması müzakirə yaradıb. Bunun ardından aparıcı Elgiz Əkbərin Ağakərim Məmmədovun müalicəsini ARS Reabilitasiya Mərkəzinin apardığını, meyxanaçının ailəsinin verilişdən əvvəl həmin Mərkəzə müraciət etdiyini deməsi də müzakirəsiz ötüşməyib. 

BUTA.TV pravda.az-a istinadla xəbər verir ki,  uzun illərdir, yatağa məhkum olan Ağakərim Novruzovun səhhəti barədə məlumat almaq üçün ARS Reabilitasiya Mərkəzi ilə əlaqə yaradıb.  Özünü “klinikanın rəhbər şəxslərindən biri” kimi təqdim edən xanımın Ağakərim Novruzovun səhhəti barədə açıqlaması belə olub: 

““Elgizlə izlə” verilişində tam olaraq açıqlama verilib. Eyni şeyləri təkararən deyirik ki, Ağakərimin səhhətində iki-üç həftə içində yetərincə irəliləyiş olmuşdu. Ayağa qaldırılmağa cəhd göstərilmişdi, hətta otururdu. Bunların hamısının videogörüntüsü də var. ARS Reabilitasiya Mərkəzi stasionar olmadığı üçün müəyyən yerlərdən tapşırıqlar aldıq ki, xəstəni stasionar saxlamağa icazəmiz yoxdur. Elgiz bəy televiziya vasitəsilə bizim Mərkəzin yaxınlığında yerləşən stasionar klinikalara müraciət etdi ki, yardım edə bilsələr, biz Ağakərim Novruzova reabilitasiya xidməti göstərə bilərik. Çünki aparıb-gətirmək ailəsi üçün çox ağır idi. Aparılıb-gətirilməməsi üçün biz klinikada şərait yaratmışdıq. Hətta klinikada qalmışdı. Siz də bilirsiniz ki, stasionar olmadığı tədiqdirdə müəyyən problemlər ola bilər”. 

O, Ağamirzə Məmmədovun “Mərkəzi Klinikada güclü həkimlər var, Heydər Əliyev Fondunun göstərişi ilə müalicə alan zaman tapşırmışdılar ki, bu xəstəni tərpətmək, ona əl vurmaq olmaz. Bunlar isə Ağakərimi dartıb şəhərə apardılar” sözlərinə isə belə cavab verib: 

Bu xəbər hal-hazırda çox oxunur
Boşananlara bəd xəbər: aliment artırılır

“Arada zəng edib, Ağakərim Novruzovun səhhəti barədə xanımından maraqlanırıq. Niyə problem yaradır ki? Onlar dəfələrlə müraciət ediblər, heç kim onlara yardım etmək istəmir. Bütün sualların cavabı Elgiz bəyin verilişində var. Baxsanız, cavab tapa biləcəksiniz. Mümkün olan şey deyil, absurd bir şetdir ki, xəstə ancaq yerində qalsın və tərpənməsin. Üstəlik insultdan sonra. Bütün dünyada insultdan sonra xəstə reabilitasiyadan keçir. Bu, dərman korreksiyası deyil. Sadəcə, xəstənin daha da kəskinləşmə dövrü keçəməsin deyədir. Zaman da göstərdi ki, üç həftə içində Ağakərim Novruzovun səhhətində yetərincə dəyişiklik oldu. Bu reallıqdır. Yetərincə verilişdə hamısı açıqlanıb. Klinika artıq cavab vermək istəmir. Biz heç kimə əvvəldən bu barədə məlumat vermirik, çünki sırf hər şey veriliş vasitəsilə olmalıdır. Bu qanundur”. 

Özünü klinikanın “rəhbər şəxslərindən biri” kimi qələmə verən xanım Elgiz Əkbərin “Bizim verilişdən əvvəl onlar neçə dəfə ora gediblər. Ağakərim Novruzovun öz oğlu müalicə ilə bağlı müraciət etmişdi” deməsi barədə suala isə "Nə konflikt, nə də bir şey istəmirəm. Verilişə baxmamısınız, şou yaratmaq istəyirsiniz, sağolun” deyərək dəstəyi asıb. 


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol