Azərbaycanın 20 yaşadək oğlanlardan ibarət basketbol millisi Avropa çempionatında mübarizəyə başlayıb.
BUTA.TV xəbər verir ki, B divizionunun B qrupunda mübarizə aparan yığma ilk oyununu Portuqaliya seçməsinə qarşı keçirib. Görüş rəqibin 90:34 hesablı qələbəsi ilə yekunlaşıb.
Alberto Blankonun rəhbərlik etdiyi komandanın növbəti görüşləri iyulun 13-də Böyük Britaniyaya, iyulun 14-də İrlandiyaya və iyulun 17-də Niderlanda qarşı olacaq.
Qeyd edək ki, Rumıniyanın Piteşti şəhərində təşkil olunan Avropa çempionatı iyulun 21-dək davam edəcək.
- Məktəbi 8 gün əvvəl bitirmişdi - Meyiti tapıldı
- Almaniya möhtəşəm geridönüşlə pley-off-da - Video-Yenilənib
- Azərbaycanda siqaret istehsalı kəskin artdı
- Qurban Qurbanov təsdiqlədi - Onlar gedə bilər
- İsveç fərqi azaltdı - Yenilənir
- Netanyahu Livanla bağlı əmr verdi
- Tələbə adını qazanmaqda rekord nəticə: Bu şəhər birincidir
- İran Hörmüzü bağladı