Tramp sui-qəsdi qlobalçılarla “dərin Amerikanın” ABŞ-ın, həm də dünyanın gələcəyi uğrunda mübarizəsinin açıq səhnəsi kimi görünür.
BUTA.TV xəbər verir ki, bu sözləri politoloq Asif Nərimanlı ABŞ prezidentliyinə namizəd Donald Trampa qarşı sui-qəsd cəhdi haqda bildirib.
“Təşkilatçının hansı olduğunu demək çətindir, çünki hər iki tərəfin maraqları var:
- qlobalçılar (demokratlar) Trampın qaçılmaz dönüşünün qarşısını almaq istəyir;
- “öncə Amerika” tərəfdarları “uğursuz sui-qəsd cəhdi” ilə Trampın önünü açırlar.
Nəticə demokratların əleyhinədir. Bu sui-qəsd cəhdi seçki marafonunda Trampın “əlini gücləndirəcək”. Bu baxımdan, sui-qəsd səhnəsində ikincilərin – “dərin Amerika” adlandıra biləcəyimiz tərəfin maraqları daha qabarıq görünür”, - o vurğulayıb.
Qeyd edək ki, 13 iyulda Pensilvaniyada Trampa bir neçə atəş açılıb. Siyasətçi yüngül xəsarətlə xilas ola bilib.
- Sabahın hava proqnozu açıqlandı
- Bakıda magistralla qaçan cins atlar kimindir? - Video
- Atasını itirən Messiyə təsirli jest - Fotolar
- Türkiyədən İslandiyaya tarixi təyinat - İlk o oldu
- Kanalda batan Aminin meyiti tapıldı
- Bu, sülhün zəngidir
- Baş nazirin ayaqları “itdi” - Sosial şəbəkələrdə lağa qoyuldu
- “Təlimdə idim, gəlib gördüm ki, evimi vurub dağıdırlar” - Video