Bu gün Oğuz RİH başçısı vəzifəsindən azad edilən Eyvaz Qurbanovun 1 sentyabrda keçiriləcək parlament seçkisində namizəd kimi iştirak edəcəyi gözlənilir.
Bu barədə BUTA.TV-a daxil olan məlumatda iddia edilib.
Bildirilir ki, o, namizədliyini doğulduğu rayondan – 117 saylı Oğuz-Qəbələ seçki dairəsindən irəli sürə bilər.
Qeyd edək ki, E.Qurbanovla bağlı bu iddia təsadüfi deyil. Çünki o, bundan öncə də MM-də təmsil olunub.
Belə ki, 1963-cü ildə Oğuzun Bucaq kəndində doğulan E.Qurbanov 1984–1988-ci illərdə Dövlət Bədən Tərbiyəsi İnstitutunda, 2001–2004-cü illərdə isə Prezident yanında Dövlət İdarəçilik Akademiyasında təhsil alıb.
1984–1999-cu illərdə Tofiq Bəhramov adına Respublika Stadionunun direktoru vəzifəsində işləyib. Azərbaycan Milli Olimpiya Komitəsinin üzvüdür. 2000-ci ildən Milli Olimpiya Komitəsinin Bakı Olimpiya Kompleksinə direktorluq edib. 2005–2010-cu illərdə isə Oğuz-Qəbələ seçki dairəsindən III çağırış Milli Məclisin deputatı olub.
2011-ci ildən Oğuz Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışırdı.
- Nikol və Anna Zəngəzurda: Sisiyana helikopterlə uçdular - Video
- Nikolun Azərbaycanı təbriki və 2 erməninin sərhədi keçməsi…
- MİQRASİYA XİDMƏTİ DƏ SAHİBKAR “OVU”NA ÇIXIB – Bu “tələyə” düşən sahibkarlar kütləvi şəkildə cərimələnir
- Onunla görüşməyi özümə yaraşdırmıram - Şeyx
- Mask Medvedyevin zarafatına belə reaksiya verdi
- Ukrayna əməliyyat hazırlayır: Putinə rahatlıq olmayacaq
- İki azyaşlı erməni Azərbaycan ərazisinə keçdi
- Azərbaycanın yaşıl enerji siyasəti ölkənin əsas prioritetlərindən biridir