Ermənipərəst Menendez bütün maddələr üzrə təqsirli bilindi

22:06 - 16 İyul 2024 - GÜNDƏM

 Ermənipərəst Menendez bütün maddələr üzrə təqsirli bilindi

Korrupsiyada ittiham olunan, ermənipərəst mövqe ilə seçilən Nyu-Cersi senatoru Robert Menendez federal korrupsiya məhkəməsi tərəfindən bütün maddələr üzrə təqsirli bilinib.

BUTA.TV Report-a istinadən xəbər verir ki, iş üzrə yekun qərar təxminən 13 saat müzakirə edilərək qəbul olunub.

Menendez rüşvətxorluq, fırıldaqçılıq, xarici agent kimi fəaliyyət göstərmək və ədalətə maneə törətmək kimi 16 federal ittiham üzrə mühakimə olunsa da, özünü təqsirli bilməyib.

Senatoru 20 ilə qədər həbs gözləyir, lakin qərardan apellyasiya şikayəti verə bilər.

Qeyd edək ki, Senatın Xarici Əlaqələr Komitəsinə rəhbərlik etmiş qatı ermənipərəst Robert (Bob) Menendez uzun illər ABŞ-dəki erməni lobbisinin əsas simalarından biri olub.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol