Xalq artisti Ağadadaş Ağayevlə bağlı baş verən ihadisənin bəzi təfərrüatı məlum olub.
BUTA.TV xəbər verir ki. bu barədə jurnalist Məhəmmədəli Qəribli özünün facebook səhifəsində yazıb. Jurnalist qeyd edib ki, Xalq artisti Ağadadaş Ağayevlə bağlı baş verən hadisənin canlı şahidi olan adamla danışıb:
"Hadisə belə olub: Ağadadaş Ağayev “Medera” adlı xəstəxananın lap yaxınlığında yaşayır. O, bir neçə gün əvvəl qulağından əməliyyat olunub. Həyətinin qapısını açıb “Medera” nın gözətçisinə deyib ki, oradan bir tibb bacısı çağır, gəlib mənim qulağıma baxsın. Gözətçi deyib ki, mən niyə çağırıram, get, özün çağır. Aralarında yaranan mübahisə davaya çevrilib. Qarovulçu Ağadadaşı yıxıb yerə və möhkəm döyüb. Hadisə şahidi deyir ki, onlar bir neçə adamla zorla Ağadadaşı mühafizəçinin əlindən ala biliblər.
Sonra xalq artisti evdən baltanı götürüb və düşüb onu döyən mühafizəçinin ardına. Baltanı atanda başqa bir adama dəyib. Görün, “Medera”nın işçiləri nə dərəcədə harınlayıb ki, küçənin ortasında xalq artistini döyür. Bir xəstəxananın həkimləri səhv müalicəyə görə gündə bir xəstəni öldürürsə , oranın mühafizəçisindən bundan artıq nə gözləyəsən?”
Niderlandlı qadına Şəkidə itlər hücum etdi - Belə xilas olundu+Video
Qeyd edək ki, A.Ağayevin mühafizəçiyə tulladığı balta orada işləyən xanım Paşayevanın ayağına dəyib.
- Maduro həbsxanadan fotosunu paylaşdı
- Putin yenə bizi məğlub etdi - Ferlinqer
- Antalyada meşəlik ərazidə güclü yanğın baş verdi
- Pezeşkian sabah bu türk ölkəsinə səfər edəcək
- Putin Retklifflə görüşüb? – Kremldən açıqlama
- Husilər Səudiyyə qüvvələrinə zərbələr endirdilər
- İran 30 gəminin Hörmüzdən keçməsinin qarşısını aldı
- Türkiyənin Qara dəniz sahillərində PUA tapıldı