Bu gün UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinin görüşlərinə start veriləcək.
BUTA.TV xəbər verir ki, böyük maraqla gözlənilən görüşdə son Azərbaycan çempionu "Qarabağ" Cəbəllüttariq çempionu "Linkoln"la üz-üzə gələcək.
Gərgin mübarizə vəd edən görüşü İştvan Vadın rəhbərlik etdiyi macarıstanlı hakimlər briqadası idarə edəcək.
Qeyd edək ki, qarşılaşmanın start fiti Bakı vaxtı ilə saat 20:00-da səslənəcək.
23 iyul
UEFA Çempionlar Liqası ıı təsnifat mərhələsi
"Linkoln" - "Qarabağ"
Saat 20:00, "Victoria Stadium"
Baş Hakim: İştvan Vad.
***
UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin "Linkoln" (Cəbəllütariq) - "Qarabağ" matçı start götürüb.
BUTA.TV xəbər verir ki, qarşılaşma “Europa Point Stadium”da keçirilir.
Görüşü macarıstanlı İştvan Vad idarə edir.
***
"Qarabağ"ın oyunçusu Juninyo matçın 45+2 dəqiqəsində hesabı açıb: 0 - 1
***
72-ci dəqiqədə Toral Bayramov daha bir topu rəqibin qapısından keçirib: 0 - 2
***
Qarşılaşma Ağdam təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, "Qarabağ" və "Linkoln" arasında cavab oyunu bir həftə sonra Tofiq Bəhramov adına Respublika stadionunda gerçəkləşəcək. Qarşılaşmanın start fiti saat 20:00-da səslənəcək.
- Milyarderlər siyahısına Ələkbərov başçılıq edir
- Uşaqlıqda çoban olmuşam, məktəbə gedə bilmədim...
- Fransada siyasi rəqiblərə qarşı repressiya başladı
- Pezeşkianın Azərbaycana səfərinin vaxtı məlum oldu
- Çoban İsfəndiyar, əlaltı alimlər və anormal reaksiya
- Paşinyan ordunu silahlandırır, atəşkəsi pozur – Nə istəyir?
- İrəvandan azərbaycanlılara təbrik mesajı göndərən türkiyəli bloqerə cinayət işi açıldı
- Türkiyədə səs yazısı: Azərbaycanlıları kənddən çıxarmaq üçün…