Ermənistanın baş naziri Nikol Paşinyan avqustda mətbuat konfransı keçirməyə hazırlaşır. O, konfransda ölkəsinin noyabrın 11-22-də Bakıda keçiriləcək BMT-nin iqlim dəyişikliyi üzrə COP29 konfransında iştiraka dəvət məsələsinə toxunacaq.
BUTA TV xəbər verir ki, bu barədə "Hraparak" qəzetinə hökumətin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
"Biz hökumətə dəvəti nə zaman aldığı barədə yazılı sorğu göndərmişik. Həmçinin, Ermənistanın baş nazirinin Bakıya gedərək COP-29 konfransında iştirak edib-etməyəcəyini də soruşmuşuq", - qəzet yazıb.
- Sabahın hava proqnozu açıqlandı
- Bakıda magistralla qaçan cins atlar kimindir? - Video
- Atasını itirən Messiyə təsirli jest - Fotolar
- Türkiyədən İslandiyaya tarixi təyinat - İlk o oldu
- Kanalda batan Aminin meyiti tapıldı
- Bu, sülhün zəngidir
- Baş nazirin ayaqları “itdi” - Sosial şəbəkələrdə lağa qoyuldu
- “Təlimdə idim, gəlib gördüm ki, evimi vurub dağıdırlar” - Video