“Real Madrid”in sponsoru olan BMW şirkəti klubun yeni transferi Kilian Mbappeyə “i7 M70 xDrive” elektrik avtomobili hədiyyə edib.
“BUTA.TV” xəbər verir ki, bu barədə “Marca” nəşri məlumat yayıb.
Məlumata görə, avtomobilin qiyməti 170 min dollardır və “kral klubu”nun prezidenti Florentino Peres də bu model avtomobilin sahibidir.
Lakin 25 yaşlı futbolçunun sürücülük vəsiqəsi olmadığı üçün o, sərnişin oturacağında əyləşməli olacaq.
Qeyd edək ki, iyulun 2-də Mbappenin “Real”a keçidi açıqlanıb. İyulun 16-da isə “Santyaqo Bernabeu” stadionunda forvard üçün təntənəli təqdimat mərasimi keçirilib.
- Məktəbi 8 gün əvvəl bitirmişdi - Meyiti tapıldı
- Almaniya möhtəşəm geridönüşlə pley-off-da - Video-Yenilənib
- Azərbaycanda siqaret istehsalı kəskin artdı
- Qurban Qurbanov təsdiqlədi - Onlar gedə bilər
- İsveç fərqi azaltdı - Yenilənir
- Netanyahu Livanla bağlı əmr verdi
- Tələbə adını qazanmaqda rekord nəticə: Bu şəhər birincidir
- İran Hörmüzü bağladı