Hesablama Palatası Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri QSC bağlı Baş Prokurorluğa müraciət edəcək.
Palatadan BUTA.TV-a verilən məlumata görə, qurumda növbəti Kollegiya iclası keçirilib. İclasda ilk öncə “Qida Təhlükəsizliyi Agentliyinin və onun tabeli qurumlarının fəaliyyətlərinin qənaətliliyinin, səmərəliliyinin və nəticəliliyinin qiymətləndirilməsi”nə dair kənar dövlət maliyyə nəzarəti tədbirinin nəticələri haqqında Auditor hesabatı” müzakirə edilib. Müzakirədə Agentliyin sədr müavini Əziz Şərifov və aparat rəhbəri Elxan Mikayılov da iştirak ediblər. Onlar auditin nəticələrinin fəaliyyətin təkmilləşdirilməsinə xidmət edəcəyini, Palatanın tövsiyələrinin nəzərə alınacağını qeyd ediblər. Müzakirələrin nəticəsində auditor hesabatının təsdiq olunmasına dair qərar qəbul olunub.
Daha sonra Naxçıvan TV tərəfindən dövlət vəsaitinin, dövlət əmlakının və büdcədənkənar daxilolmaların istifadəsinin auditinə dair auditor hesabatı” müzakirə olunub. Müzakirələrin nəticəsinə əsasən auditor hesabatının təsdiq olunmasına, aşkar edilmiş nöqsanların aradan qaldırılması məqsədilə zəruri işlərin görülməsinə, habelə audit sübutları ilə dövlət vəsaitindən və dövlət əmlakından istifadədə aşkar edilmiş çoxsaylı hüquq pozmalarda cinayət tərkibi əlamətlərinin ehtimal olunması nəzərə alınmaqla müvafiq materialların Baş Prokurorluğa göndərilməsinə dair qərar qəbul olunub.
- Ağdamdakı tarixi məsciddən - Video
- İlham Əliyev İraq prezidentinə başsağlığı verdi
- Bakıda saxlanılan Rusiya vətəndaşlarını yaxınları ziyarət etdi
- Leyla Əliyeva “Məlhəm Hospital”ında - Foto
- Əli Əsədov Ukraynanın yeni baş nazirinə məktub göndərdi
- “O yerdə ki, qadın idarəçiliyi var, orda din-bərəkət yoxdur” deyildi və cərimələndi
- İcra Hakimiyyəti 425 min 685 manatlıq it yemi alır
- "Nə oldu, Paşinyan?"ın müəllifi həbs olundu