HƏMAS-ın siyasi lideri İsmayıl Haniyənin İranda sui-qəsd nəticəsində öldürülməsi Yaxın Şərqdə bütövlükdə yeni müharibə riskini artırıb.
BUTA.TV xəbər verir ki, İordaniya və Livan daxili işlər nazirləri gərginliyin azaldılması məqsədilə İrana səfər edib.
ABŞ mediası İranın bu səfərlərə rəğmən qərarında qəti olduğunu, təmkinli davranmaq çağırışlarını rədd etdiyini yazıb.
ABŞ Dövlət katibi Entoni Blinkenin də G7 həmkarları ilə görüşdüyü, İranın gözlənilən hücumunun bu gündən etibarən başlaya biləcəyini söylədiyi deyilir.
Əmircanda Şəhidlər xiyabanından dekorativ ağaclar oğurlanıb? - Video
Digər tərəfdən, ABŞ hökumətinin hava hücumlarında istifadə etmək üçün İsrailə yarım ton ağırlığında MK-83 bombalarının göndərilməsinə icazə verdiyi iddia edilib.
Məlumata görə, İsrail rəsmiləri üçün yeraltı sığınacaq hazırlanıb. Eləcə də ölkə rəsmilərinin rabitə sistemlərinə hücum ediləcəyi ehtimalı nəzərə alınaraq, onlara peyk telefonları paylanılıb.
Həmçinin iyulun sonunda ABŞ-a səfər edən İsrail Baş naziri Benyamin Netanyahunun Hizbullah ilə gərginliyin artacağı təqdirdə Baydendən daha ağır bombalar göndərməsini istədiyi bildirilir. Vaşinqtonun bir ton ağırlığındakı MK-84 bombalarının transferini qəbul edib-etmədiyi isə hələ bilinmir.
- Bakıda magistralla qaçan cins atlar kimindir? - Video
- Atasını itirən Messiyə təsirli jest - Fotolar
- Türkiyədən İslandiyaya tarixi təyinat - İlk o oldu
- Kanalda batan Aminin meyiti tapıldı
- Bu, sülhün zəngidir
- Baş nazirin ayaqları “itdi” - Sosial şəbəkələrdə lağa qoyuldu
- “Təlimdə idim, gəlib gördüm ki, evimi vurub dağıdırlar” - Video
- Prezident Trampa məktub ünvanladı