2020-ci ildə Azərbaycana müharibəyə başlamağa imkan verənlərdən biri olan Donald Trampın yenidən prezident seçilməsi Ermənistan üçün ən pis ssenaridir.
BUTA.TV xəbər verir ki, bu sözləri erməni politoloq Stepan Danielyan deyib. O bildirib ki, Əliyevlə Ərdoğanın Trampa dəstək ifadə etməsi təsadüfi deyil.
Eyni zamanda Danielyan əlavə edib ki, İran və Azərbaycan arasında moderator funksiyasını üzərinə götürən Rusiyanın Cənubi Qafqazda rolu artır:
“Bu region yenidən Moskvanın təsir zonasına çevrilir. Belə bir vəziyyətdə Ermənistan hakimiyyətinin Rusiya ilə yeni münasibətlər qurmağa, İranla münasibətləri dərinləşdirməyə çalışması vacibdir. Bu, Ermənistan üçün çox vacibdir”.
- Sabahın hava proqnozu açıqlandı
- Bakıda magistralla qaçan cins atlar kimindir? - Video
- Atasını itirən Messiyə təsirli jest - Fotolar
- Türkiyədən İslandiyaya tarixi təyinat - İlk o oldu
- Kanalda batan Aminin meyiti tapıldı
- Bu, sülhün zəngidir
- Baş nazirin ayaqları “itdi” - Sosial şəbəkələrdə lağa qoyuldu
- “Təlimdə idim, gəlib gördüm ki, evimi vurub dağıdırlar” - Video