Dünya mediası yazır ki, İsmayıl Haniyənin öldürülməsi məsələsinə görə İranda 20 nəfər ölkə vətəndaşı həbs edilib. Xəbərlərdə deyilir ki, ABŞ İranı sakitləşdirmək üçün İsrailə çalışan həmin şəxslərin adını, ünvanını özü Tehrana bildirib.
BUTA.TV xəbər verir ki, bu barədə ekspert Natiq Cəfərli qeyd edib.
O bildirib ki, “Röyters”in iddiasına görə, Putin Şoyqunu İrana ona görə göndərib ki, İranı İsrailə qarşı hər hansı əməllərdən çəkindirsin:
“Çox böyük ehtimal, Putindən bunu ABŞ xahiş edib. Görünən odur ki, pərdəarxası ciddi danışıqlar gedir. Çünki məntiqlə Putinə Orta Şərqin qan çanağına dönməsi çox sərf edir, yeni böyük müharibə Ukrayna məsələsini tam gündəmdən çıxaracaq, bu da Putinə öz şər, işğalçı əməllərini Ukraynada daha rahat həyata keçirməyə imkan verəcək, ABŞ-ın Ukraynaya, zatən “damcı-damçı” verdiyi hərbi yardımı xeyli azaldacaq – amma yox, demokratlara dəstək lazımdır, bu daha vacib məsələdir deyə, İrana vəziyyəti kəskinləşdirməməklə bağlı basqı edir.
Çin rəsmilərinin Bayden və demokratlarla içi-içə olan əlaqələri ilə bağlı yüzlərlə məlumatlar var, bundan başqa, Tramp və komandasının respublikaçıların son yığıncağında Çini əsas və təhlükəli düşmən/rəqib elan etmələri rəsmi Pekini ciddi narahat edib və demokratlarla daha yaxşı “dil tapmağın” mümkünlüyü fikrini təsdiqləyib.
Bir sözlə, üzdə-sözdə “dava-dava” oynayanların vahid məqsəd uğrunda birləşdiyi görünür - əsas hədəfləri ABŞ-da Respublikaçılar Partiyasını hakimiyyətə buraxmamaqdır. Putinin zindanda olan bir neçə ABŞ vətəndaşını demokratlara “hədiyyə” edərək onların xal qazanmasına yardımçı olması da ayrıca bir ştrix, qlobal antitramp koalisiyanın növbəti addımı idi”.
- Bakı və İrəvan bunları müzakirə edir - Arutyunyan
- Şahbaz Şərif Azərbaycana gəlir - Zəfər paradında iştirak edəcək
- Rusiya Azərbaycana qarşı Frunze ssenarisi hazırlayır - Şok iddia
- Azərbaycan və Türkiyə nömrələri qarşılıqlı tanıyacaq
- Azərbaycanlı milyarderə ağır zərbə - Gözlənilməz proses...
- TƏBİB-dən 17 yaşlı gəlinin ölümü ilə bağlı açıqlama
- Putinlə Əliyev onların həbsini müzakirə edib - Kreml
- Monteneqroda saxlanılan azərbaycanlılarla bağlı müraciət...