Prezident Rəcəb Tayyib Ərdoğanı Türkiyə-Azərbaycan münasibətlərinin gələcəyi üçün xəbərdar edirəm. Danışıq üslubun və eqon münasibətlərə ciddi ziyan vurur!
BUTA.TV xəbər verir ki, bu sözləri Türkiyə Yenilik Partiyasının sədri, TBMM-in sabiq üzvü, diplomat Öztürk Yılmaz X hesabında yazıb.
“Bir də qətiyyən “Qarabağa necə girdiksə...” ilə başlayan cümlə qurma. Sən bunu deyərək Azərbaycanın zəfərinin üstünə çökmüş olursan. Bu, o tərəfdə (Azərbaycanda – red.) ciddi narahatlıq yaradıb. Əlbəttə, Türkiyə dəstək olub və olmaq məcburiyyətindədir. Amma bu, belə deyilməz! Hər şeyi məhv etmək istəyirsən?” - Yılmaz əlavə edib.
Qeyd edək ki, Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan AKP-nin Rizə təşkilatının tədbirində çıxışı zamanı İsrailin ünvanına “Biz Qarabağa, Liviyaya necə girdiksə, bunun eynisini onlara da edərik” mesajını vermişdi.
Xatırladaq ki, İkinci Qarabağ savaşında Türkiyə Azərbaycana misilsiz siyasi dəstək verib, müharibəyə 3-cü ölkənin müdaxiləsinə imkan verməyib, eyni zamanda, Azərbaycanın haqq savaşını dəstəkləyib, böyük hərbi-texniki yardım göstərib. Ancaq Türkiyə ordusu Qarabağa girməyib, Qarabağı Azərbaycan Ordusu azad edib, döyüş meydanında Azərbaycan əsgərləri vuruşub.
- Bakıda və rayonlarda külək güclənəcək - Xəbərdarlıq
- Azərbaycanda gömrük rüsumlarının dərəcələri dəyişdi
- Azərbaycan və İran müdafiə nazirləri görüşdü - Video
- Müəllimini güllələyən şagirdi hansı cəza gözləyir?
- Uşaqlara sosial şəbəkəni necə qadağan etmək olar?
- Vüqar Səfərlinin əmlakının müsadirəsi barədə qərar ləğv olundu
- "City Garden Narimanov": 36 ayadək faizsiz, daxili kreditlə mənzil...
- Zakir Fərəcovun sakinlərlə görüşləri davam edir