İlk öncə futbolçuları təbrik edirəm. Oyunun gedişatından həzz alırdım. Bakıda da “Ludoqorets”in oyun üslubunu görmüşdük. Bizə xoş olmayan oyun tərzləri var idi. Bunun qarşısını almalıydıq.
BUTA.TV xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində “Ludoqorets”ə qarşı keçirilən səfər matçı barədə danışarkən deyib.
Təcrübəli mütəxəssis komandasının 7:2 hesablı qələbəsini belə şərh edib:
“Startda hesabı açsaq da, sonra demək olar ki, heç nədən qapımızda standart vəziyyətdən iki qol gördük. Bəlkə də rəqibin ən üstün cəhəti olan əks hücumlarda bir qədər diqqətsiz olduq. Amma get-gedə oyunu ələ almağı bacardıq. Matçdan əvvəl də futbolçularla söhbətimiz olmuşdu ki, sona qədər soyuqqanlı və oyunun içində olmaq çox vacibdir”.
Qurbanov əvvəldən ümidsiz olmadığını qeyd edib: “Bakıdakı məğlubiyyətdən sonra da futbolçularıma fikrimi bildirmişdim ki, belə oyunlardan biz çox keçmişik. Vacib, gərgin oyunlar olub, rəqibin təzyiqinə dözmüşük. Hətta bildirmişdim ki, ola bilər bugünkü matçda 120 dəqiqə dözmək lazım gələcək. Bunu bacarmalıyıq, psixoloji cəhətdən hazır olmalıyıq”.
O qeyd edib ki, futbolçularına ancaq əhsən düşür: “Azarkeşlərimizi, Azərbaycanımızı təbrik edirəm. Qalibiyyət öz yerində, amma ümumən bu cür oyunlar futbolçularımızı böyüdür, klub olaraq böyüyürük, daha xarakterli oluruq. Futbol daha da sevilir. Əsas da azarkeşlərdə adrenalin görəndə buna şad oluram. Bu gün sanki bir triller idi. Bu, mənim “Qarabağ”ım idi, Azərbaycanın “Qarabağ”ı idi”.
- Bu, sülhün zəngidir
- Baş nazirin ayaqları “itdi” - Sosial şəbəkələrdə lağa qoyuldu
- “Təlimdə idim, gəlib gördüm ki, evimi vurub dağıdırlar” - Video
- Prezident Trampa məktub ünvanladı
- Zəng Trampın təşəbbüsü ilə baş tutub - 40 dəqiqədən çox çəkib
- İlham Əliyev Donald Trampla danışdı
- 8 avqust sülhün siyasi simvoludur
- “Tramp Ermənistan və Azərbaycan arasında sülhü təmin etdi” - Marko Rubio