UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində Lille ilə qarşılaşan Fənərbağça, 2-1 məğlub olduğu oyunun cavabında Fransız komandasını İstanbulda qəbul etdi.
Kadıköydə dolu tribunalar qarşısında keçirilən qarşılaşmanın adi vaxtını 1-0 üstün tamamlayan Fənərbağça, 118-ci dəqiqədə penaltidən buraxdığı qolla UEFA Çempionlar Liqasına vida etdi. BUTA.TV xəbər verir ki, Fənərbağçanın bu nəticədən sonra UEFA Çempionlar Liqasındakı həsrəti davam etdi. Sarı-lacivərdlilərin Çempionlar Liqasına qatılmama seriyası 16 ilə yüksəldi.
Fənərbağçanın baş məşqçisi Jose Mourinho da bu nəticədən sonra karyerasında ilk dəfə belə bir hadisə yaşadı. Portuqaliyalı məşqçi karyerasında ilk dəfə Avropa kuboklarının təsnifat mərhələsində bir turda məğlub oldu.
- Bu, sülhün zəngidir
- Baş nazirin ayaqları “itdi” - Sosial şəbəkələrdə lağa qoyuldu
- “Təlimdə idim, gəlib gördüm ki, evimi vurub dağıdırlar” - Video
- Prezident Trampa məktub ünvanladı
- Zəng Trampın təşəbbüsü ilə baş tutub - 40 dəqiqədən çox çəkib
- İlham Əliyev Donald Trampla danışdı
- 8 avqust sülhün siyasi simvoludur
- “Tramp Ermənistan və Azərbaycan arasında sülhü təmin etdi” - Marko Rubio