UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Qarabağ"ın rəqibi olan "Dinamo"nun (Xorvatiya) baş məşqçisi Sergey Yakiroviç Ağdam klubu ilə bağlı fikirlərini bölüşüb.
BUTA.TV Qol.az-a istinadən xəbər verir ki, o, klubun rəsmi saytına açıqlamasında "Qarabağ"ın 3-cü təsnifat mərhələsində "Ludoqorets"i (Bolqarıstan) mübarizdən kənarlaşdırmasından (1:2, 7:2) danışıb və bu rəqibə qarşı çox ciddi hazırlaşacaqlarını bildirib:
"Transfermarkta baxarkən hər iki komandanın qiymətini görəndə düşünmək olardı ki, "Ludoqorets" favoritdir. Amma meydana çıxana və oyun başlayana qədər belə olur. "Ludoqorets"in oyunu öz əllərində idi. Ancaq öz səhvlərindən uduzdular. Mənim üçün “Qarabağ” əvvəldən daha yaxşı və mütəşəkkil komandadır. Onlar taktiki cəhətdən meydanda daha yaxşı, çox təhlükəli, sürətli və texnikalıdırlar. Şübhəsiz ki, rəqibi mümkün qədər yaxşı analiz etməyə çalışırıq. Hər iki oyuna düzgün və ciddi hazırlaşmalıyıq. Hər bir detal çox vacib olacaq. Ümid edirəm ki, azarkeş izdihamının köməyi ilə ilk oyunda üstünlük qazanacağıq".
Xatırladaq ki, "Dinamo" ilə "Qarabağ" arasında ilk oyun avqustun 20-si Zaqrebdə, cavab matçı avqustun 28-si Bakıda keçiriləcək.
- Bu, sülhün zəngidir
- Baş nazirin ayaqları “itdi” - Sosial şəbəkələrdə lağa qoyuldu
- “Təlimdə idim, gəlib gördüm ki, evimi vurub dağıdırlar” - Video
- Prezident Trampa məktub ünvanladı
- Zəng Trampın təşəbbüsü ilə baş tutub - 40 dəqiqədən çox çəkib
- İlham Əliyev Donald Trampla danışdı
- 8 avqust sülhün siyasi simvoludur
- “Tramp Ermənistan və Azərbaycan arasında sülhü təmin etdi” - Marko Rubio