Rusiya və Ukrayna iki ay ərzində bir-birlərinin enerji obyektlərinə zərbə endirməmək barədə qarşılıqlı razılıq əldə etmək üçün danışıqlara başlamaq üçün Qətərə nümayəndələr göndərmək niyyətində idilər. Lakin Ukraynanın Rusiya Federasiyasının Kursk vilayətinə hücumu həmin danışıqları pozdu.
BUTA.TV xəbər verir ki, bu barədə “Vaşinqton Post” yazıb.
Bildirilib ki, bu danışıqlar Rusiya-Ukrayna cəbhəsində qismən atəşkəsə nail olmaq imkanı yaratması baxımından əhəmiyyətli idi.
Danışıqlarda Qətər hakimiyyəti vasitəçi kimi çıxış edəcəkdi.
Moskva danışıqları ləğv etməsə də, hələ vaxta ehtiyacı olduğunu bəyan edib. Ukrayna Prezidenti Ofisi isə Dohadakı görüşün Yaxın Şərqdəki vəziyyətə görə təxirə salındığını, lakin danışıqların avqustun 22-də baş tutacağını bildirib.
- Bakıda magistralla qaçan cins atlar kimindir? - Video
- Atasını itirən Messiyə təsirli jest - Fotolar
- Türkiyədən İslandiyaya tarixi təyinat - İlk o oldu
- Kanalda batan Aminin meyiti tapıldı
- Bu, sülhün zəngidir
- Baş nazirin ayaqları “itdi” - Sosial şəbəkələrdə lağa qoyuldu
- “Təlimdə idim, gəlib gördüm ki, evimi vurub dağıdırlar” - Video
- Prezident Trampa məktub ünvanladı