"Ermənistan hazırda ABŞ, Fransa və Hindistan tərəfindən intensiv şəkildə silahlandırılır. Bu fəaliyyət ABŞ-nin Ermənistan vasitəsiylə Cənubi Qafqazda yeni bir yeni bir gərginlik mərkəzinin yaradılması məqsədi ilə həyata keçirilir".
Bu sözləri açıqlamasında hərbi ekspert Ədalət Verdiyev Ermənistanın silahlandırılmasını əks etdirən görüntülərə münasibət bildirərkən deyib. Hərbi ekspert hesab edir ki, Ermənistan bu cür addımlar atmaqla Azərbaycana və İrana qarşı eskalasiya yaratmaq istəyir:
"Kifayət qədər təhlükəli addımlar atan Ermənistan öz ərazisindən qonşulara, xüsusilə də Azərbaycana, bu prosesləri görməzdən gələn İrana qarşı fəaliyyətləri ilə eskalasiya yaratmaq məqsədi güdür. Bu eskalasiyanın yaranması Ermənistan üçün əvvəl olduğu kimi indi də müsbət heç nə vəd etmir. Bu silahlanmalar nəticəsində Ermənistan ordusu Azərbaycana qarşı aqressiv davranışlar sərgiləyir, atəşkəsi pozur və Azərbaycanın daha əvvəl hava məkanı üzərində Pilotsuz Uçuş Aparatları (PUA) ilə kəşfiyyat aparmağa cəhd edib. Ermənistanı daha öncə də başqa ölkələr kifayət qədər silahlandırırdı. Lakin bu silahlanma Ermənistan ordusuna, xalqına yaxşı heç nə vəd etmədi. Ermənistan əldə etdikləri silahlarla Vətən Müharibəsində darmadağın edildi. Növbəti silahlanma cəhdləri də Ermənistana fəlakətli, ağrılı-acılı günlər göstərə bilər".
- Orta təhsil səviyyəsi üzrə imtahanlar keçirildi
- Bakının bir neçə rayonunda suyun verilmə saatları azaldılıb - Rəsmi
- Kral tarixi uğuru futbolçularla belə qeyd etdi - Video
- Sabahın hava proqnozu açıqlandı
- Bakıda avtobus 75 yaşlı qadının üstündən keçdi - Anbaan video
- Prezident qəbul keçirdi - Fotolar
- Azərbaycandan Ermənistana 1000 ton yanacaq göndərildi
- Millinin forması geyindirilmiş ördək viral oldu - Fotolar