Qərb ölkələrinin beyin mərkəzləri, mediası Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana səfərinin səbəblərini araşdırmağa başlayıblar.
BUTA.TV xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib. Ekspert Rusiya liderinin Azərbaycan səfərinə diqqət çəkib: "Ukrayna ordusunun Rusiya ərazisinə müdaxiləsi və rus ordusunun bunun qarşısını ala bilməməsi fonunda Kreml sahibi Vladimir Putinin hər açıqlaması diqqətlə izlənilir, rəylər verilir. Bu mənada, Rusiya prezidentinin sabah Bakıda verəcəyi açıqlamalar da diqqətlə öyrəniləcək, onun burada səsləndirəcəyi hər kəlməsi və sətiraltı ifadəsi lupa ilə araşdırılacaq. Qərb ölkələrinin beyin mərkəzləri, mediası artıq Putinin Azərbaycana səfərinin səbəblərini araşdırmağa başlayıblar.
Putinin Bakıda müzakirə edəcəyi mövzuları belə sıralamaq olar:
Şimal-Cənub nəqliyyat dəhlizinin imkanlarının artırılması;
Rusiya qazının Azərbaycanın imkanlarından istifadə edilərək Avropa dövlətlərinə satılması;
Moskvanın Bakı ilə İrəvan arasında moderatorluğu.
Belə fikirlər də səsləndirilir ki, Moskva ilə Kiyev arasında danışıqlara başlamaq üçün Bakı məkan kimi seçilə bilər. Bakının belə bir təcrübəsi var. Putin Ukraynanın Rusiya ərazisinə hücumundan sonra Kiyevlə sülh danışıqlarını istisna etsə də, Kreml sahibi vəziyyətin o və ölkəsinin zərərinə istiqamətləndiyini anlamamış deyil. Onun real vasitəçiyə və ya danışıqlar üçün tərəfsiz məkana ehtiyacı var.
Belarus bu rola yaramır, Kiyev qəbul etməyəcək. Türkiyənin vasitəçiliyinə Kreml ehtiyatla yanaşır. Çünki Moskva Türkiyə və Ukraynanın hərbi sahədə əməkdaşlığından narazıdır. Bir ara Çin vasitəçiliyini təklif etmişdi, ancaq Pekinin balansı Rusiyanın xeyrinə pozması Kiyev və onu dəstəkləyən Qərbin maraqlarına ziddir. Yerdə qalır Qətər və Azərbaycan".
- Bakıda çimərliyə neft sızdı - "Azneft"dən açıqlama
- ABŞ blokadası bitdi - İlk konteyner gəmisi İranda
- Orta təhsil səviyyəsi üzrə imtahanlar keçirildi
- Bakının bir neçə rayonunda suyun verilmə saatları azaldılıb - Rəsmi
- Kral tarixi uğuru futbolçularla belə qeyd etdi - Video
- Sabahın hava proqnozu açıqlandı
- Bakıda avtobus 75 yaşlı qadının üstündən keçdi - Anbaan video
- Prezident qəbul keçirdi - Fotolar