Qarabağda Rusiyanın Baş Konsulluğu açıla bilər, məsələ müzakirə olunur.
BUTA.TV xəbər verir ki, bunu Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Rusiya Prezidenti Vladimir Putinin Bakıya səfəri ərəfəsində TASS agentliyinə müsahibəsində deyib. “Rusiya Federasiyası konsulluq açmaq istəyini ifadə edib, çünki Azərbaycanın Rusiyada iki baş konsulluğu var – Yekaterinburqda və Sankt-Peterburqda”, - Azərbaycan diplomatik missiyasının rəhbəri qeyd edib.
Qeyd edək ki, Federasiya Şurasının Beynəlaxlq Məsələlər komitəsinin rəhbəri Qriqori Karasin mayın 27-də Azərbaycan parlamentinin nümayəndə heyəti ilə görüşdə Baş Konsulluqla bağlı planları açıqlayıb. Karasin bildirib ki, 2024-cü ilin sonuna doğru diplomatik nümayəndəliyin açılması məqsədilə yaxın günlərdə hazırlıq başlayacaq.
- Bakıda magistralla qaçan cins atlar kimindir? - Video
- Atasını itirən Messiyə təsirli jest - Fotolar
- Türkiyədən İslandiyaya tarixi təyinat - İlk o oldu
- Kanalda batan Aminin meyiti tapıldı
- Bu, sülhün zəngidir
- Baş nazirin ayaqları “itdi” - Sosial şəbəkələrdə lağa qoyuldu
- “Təlimdə idim, gəlib gördüm ki, evimi vurub dağıdırlar” - Video
- Prezident Trampa məktub ünvanladı