"Erməni hərəkatı" diasporu Belarus Prezidenti Aleksandr Lukaşenkoya qarşı beynəlxalq kampaniyanı gücləndirməyə çağırır.
BUTA.TV xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
“Erməni Hərəkatı” ictimai təşkilatı Belarus Prezidenti Aleksandr Lukaşenkonun “ermənilərin heç kimə lazım olmadığını” iddia edən son sözlərini kəskin şəkildə pisləyən bəyanat yayıb. Xalqımıza qarşı bu açıq-aşkar etinasızlıq, Belarusun Ermənistana qarşı münaqişədə Azərbaycana hərbi dəstəyi ilə birlikdə bizi İrəvan hakimiyyətindən sərt tədbirlər tələb etməyə məcbur edir.
Tələb edirik:
1. Belarusla diplomatik münasibətlərin kəsilməsi və diplomatlarının ölkədən çıxarılmasını;
2. Ermənistan və Belarus arasında ikitərəfli müqavilələrə xitam verilməsini;
3. Belarus rəsmilərinin Ermənistan ərazisinə girişinə qadağasını;
4. Ermənistanın KTMT, Aİİ və MDB ilə ittifaqlardan çıxmasını", - bəyanatda deyilib.
- “Bundan maşın çıxmaz, bilmirəm zərərimi necə ödəyəcəklər” - Video
- Keçmiş arvadını güllələyən Zaurun vəziyyəti - Açıqlandı
- Şuşada IV Qlobal Media Forumu keçiriləcək
- Velosiped və skuter sürənlərin nəzərinə!
- 37 illik tarixin sonu - Fotolarda
- Azərbaycan Ermənistana 434 min avro ödəyib
- Bakının bəzi ərazilərində işıq olmayacaq
- Azərbaycan və Rusiya Samur çayını bölüşdürür