Zelenskidən Kursk açıqlaması: Planımıza uyğun gedir

17:50 - 24 Avqust 2024 - GÜNDƏM

 Zelenskidən Kursk açıqlaması: Planımıza uyğun gedir

Ukrayna Prezidenti Vladimir Zelenski Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın Kursk vilayətinə hücumu və əldə etdiyi nəticələr barədə şərh verib.

BUTA.TV Report-a istinadən xəbər verir ki, o, bu barədə Kiyevdə Polşa prezidenti və Litva baş naziri ilə birgə keçirdiyi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən danışıb.

Dövlət başçısı əməliyyatın mürəkkəb olduğunu diqqətə çatdırıb:

"Vacib olan odur ki, hücum planımıza uyğun gedir. Bu əməliyyatın bir neçə nəticəsi var. Amma hamısı haqqında danışa bilmərəm. Ancaq Rusiya Federasiyanın şimalından bizə qarşı əməliyyatın dayandırılmasına nail olduq. Qabaqlayıcı zərbə olaraq əməliyyatımız bu tapşırığı yerinə yetirdi. Biz Sumı vilayətinin mühasirəyə alınmasının və vilayətin mərkəzi Sumı şəhərinin işğal təhlükəsinin qarşısını aldıq".

Ukrayna prezidenti deyib ki, kimsə bu əməliyyatlara görə bufer zonadan danışır və Kursk əməliyyatının hansısa danışıqlar üçün kart rolu oynadığını deyirlər, amma bu, belə deyil:

"Hansı dialoq? Biz heç bir kart oynamırıq. Biz tərəfdaşlarımıza çox açıq məlumat veririk. Biz ədalətli sülhə və müharibənin sona çatmasına doğru necə diplomatik yolla irəlilədiyimizi söylədik. Və hamı sülh formulunun və ya sülh sammitinin keçirildiyi yerə dəvət olunub, onu dəstəkləyib və ya sadəcə bu haqda danışıb. Kursk əməliyyatının məqsədlərinə gəlincə, biz inanırıq ki, onlara nail olunacaq. Onların sayı açıq şəkildə sizə söylədiklərimdən çoxdur. Bu əməliyyatın məqsədlərindən biri də Rusiyanın kim olduğunu və onun ölkəmizə müdaxiləsini hələ də anlamayan dövlətlərə reallığı göstərməkdir. Məncə, onlar artıq başa düşüblər. Gördülər ki, bu müharibə Rusiyaya necə baha başa gəlir".


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol