Litva sentyabrın əvvəlinə qədər Ukraynaya çatmalı olan yeni hərbi yardım paketini elan edib.
BUTA.TV xəbər verir ki, bunu Litvanın Baş naziri İnqrida Simonyte Kiyevdə Ukrayna Prezidenti Vladimir Zelenski və Polşa Prezidenti Andjey Duda ilə birgə mətbuat konfransında deyib.
"Litvanın mövqeyi sadə olduğu qədər də aydındır: Ukrayna qalib gəlməli, Rusiya uduzmalıdır", - Simonyte vurğulayıb.
Bununla bağlı baş nazir əmin edib ki, Litva bu qələbənin nəyi tələb etməsindən asılı olmayaraq, Ukraynanı dəstəkləməyə davam edəcək:
“Bugünkü görüşümüzdə mən Prezident Zelenskiyə məlumat verdim ki, Litvadan ən yeni hərbi dəstək paketi sentyabrın əvvəlindən Ukraynaya gələcək”.
Onun sözlərinə görə, buraya qısa mənzilli hava hücumundan müdafiə sistemləri, raketlər, pilotsuz uçuş aparatları ilə döyüş texnikası və digər növ texnika, silah və sursatlar daxil olacaq.
- Devos heç zaman deməyib ki, Azadı agent kimi... - Rayan
- Putinlə Trampın telefon danışığı başladı
- Zakir Həsənov İsrailin müdafiə naziri ilə görüşdü
- Rəşadı buna görə ürəyindən vurdular... - Şok fakt açıqlandı
- Saakyan məhkəmədə bunları etiraf etdi
- Onu döyüb öldürüblər, hadisədən bir gün əvvəl... - Elgünün anası
- Hadruta gələn iranlı general kimdir? - Foto
- Əliyev və Paşinyan arasında danışıqlar ola bilər - Simonyan