Ukraynanın Rusiyanın Kursk bölgəsinə hücumu iki ölkə arasında müharibənin dinamikasında böyük dəyişikliklərə səbəb oldu və Ukrayna qoşunları və vətəndaşlarını ruhlandırdı.
BUTA.TV xəbər verir ki, bunu “Hill” nəşri yazıb.
Nəşr bidirib ki, bu strategiya yeni deyil, İsrail 1973-cü il “Yom Kippur” (Qiyamət günü) müharibəsində də oxşar addım atmışdı:
“Moskva bu cəbhə xəttindən cəmi 300 mil məsafədədir. Çox az adam Rusiyanın paytaxtının həqiqətən təhlükə altında olacağını düşünsə də, onun döyüş meydanlarına yaxınlığı insanları narahat edir. Müharibənin gedişatını dəyişdirmək üçün israillilər kimi Süveyş kanalını keçib, Misir ordusunun və onun böyük şəhərlərini təhdid edərək döyüşü Rusiyanın dərinliklərinə aparmaq kifayət ola bilər. Putin Misirin o zamankı lideri Ənvər Sadatdan fərqli mövqedədir. Misir və Suriya üçün danışıqlar yolu ilə sülh əldə etmək məna kəsb edirdi, çünki onlar İsrailin eqosuna kritik zərbə vurmaqda müəyyən uğur əldə etmişdilər”, - nəşr bildirib.
- “Qızıl top” uğrunda böyük mübarizə - İlk “20-lik” açıqlandı
- Fransa yarımfinalın ilk komandası oldu - Yenilənib - Video
- Azərbaycanın səsi bu dəfə də eşidildi - İsrail qərarını dəyişdi
- Nazirlik hərbçilərin yaxınlarına müraciət etdi - Video
- Ermənistan üzərindən uçuşlara Azərbaycan nə qədər ödəyib?
- Sabiq nazirin evi 5-ci dəfə hərracda - Yenə ucuzlaşdı
- Bakıda möhtəşəm gecə - “Qarabağ” sevindirir+Fotolar
- Xəbərdarlıq: "28 May" stansiyasının I çıxışında...