Xüsusi hərəkət zolağının təşkili Bakının Tiflis prospektində də həyata keçirilir. Yol boyu avtobus zolaqlarının tələblərinə uyğun olaraq nişanlanma xətləri çəkilir və müvafiq yol nişanları quraşdırılır.
Bu barədə BUTA.TV-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.
Tiflis prospektinin müxtəlif ərazilərində gün ərzində 6-10 müntəzəm marşrut xətti üzrə 80-150 avtobus fəaliyyət göstərir.
“İctimai nəqliyyat istifadəçilərinin rahat, maneəsiz və əlavə vaxt itkisinə məruz qalmadan daşınmasına şərait yaradan zolaqların əhəmiyyətini nəzərə alaraq hərəkət iştirakçılarına qaydalara riayət etməyə çağırış edirik.
Ümumi istifadədə olan nəqliyyat vasitələri üçün xüsusi hərəkət zolaqları şəbəkəsinin genişləndirilməsi istiqamətində digər küçə və prospektlərdə də müvafiq tədbirlər görüləcək”, - agentlikdən bildirilib.
- Devos heç zaman deməyib ki, Azadı agent kimi... - Rayan
- Putinlə Trampın telefon danışığı başladı
- Zakir Həsənov İsrailin müdafiə naziri ilə görüşdü
- Rəşadı buna görə ürəyindən vurdular... - Şok fakt açıqlandı
- Saakyan məhkəmədə bunları etiraf etdi
- Onu döyüb öldürüblər, hadisədən bir gün əvvəl... - Elgünün anası
- Hadruta gələn iranlı general kimdir? - Foto
- Əliyev və Paşinyan arasında danışıqlar ola bilər - Simonyan