Rusiyanın Parisdəki Səfirliyi Fransa Xarici İşlər Nazirliyinə nota göndərərək teleqram messencerinin saxlanılan həmtəsisçisi Pavel Durovla konsulluq əlaqəsi tələb edib.
BUTA.TV xəbər verir ki, bunu "Rossiya-24" telekanalının efirində Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
"Parisdəki səfirliyimiz bu məlumatı alan kimi dərhal yerli tərəflə əlaqə saxlayıb və Fransa Xarici İşlər Nazirliyinə giriş tələbi ilə nota göndərib. Problem ondadır ki, Pavel Durov Fransa vətəndaşlığına malikdir, - diplomat qeyd edib.
Qeyd edək ki, teleramın təsisçisi Pavel Durov Fransanın "Le Burje" hava limanında saxlanılıb. Durov bir sıra cinayətlərdə, o cümlədən terrorizm, narkotik qaçaqmalçılığı, fırıldaqçılıq, çirkli pulların yuyulması, oğurlanmış malların idarə edilməsində ittiham oluna bilər. Xatırladaq ki, 2021-ci ilin fevralında Durov Birləşmiş Ərəb Əmirlikləri vətəndaşlığını, avqustda isə Fransa vətəndaşlığını alıb.
- Zakir Həsənov İsrailin müdafiə naziri ilə görüşdü
- Rəşadı buna görə ürəyindən vurdular... - Şok fakt açıqlandı
- Saakyan məhkəmədə bunları etiraf etdi
- Onu döyüb öldürüblər, hadisədən bir gün əvvəl... - Elgünün anası
- Hadruta gələn iranlı general kimdir? - Foto
- Əliyev və Paşinyan arasında danışıqlar ola bilər - Simonyan
- Azərbaycana göndərilən yük müsadirə edildi
- Babayev bu vəsaitləri niyə yalnız iri banklara yerləşdirir? - Rəsmi