Türkiyənin Milli İstehbarat Təşkilatı (MİT) Suriyanın Qamışlı şəhərində PKK-nın liderlərindən olan, “Tekin Guyi” ləqəbli, Türkiyə Daxili İşlər Nazirliyinin tərəfindən axtarışda olan terrorçu Əbdülhəmid Kaparı zərərsizləşdirib.
BUTA.TV xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumatına görə, bu barədə "Anadolu" agentliyi təhlükəsizlik strukturlarındakı mənbələrə istinadən xəbər yayıb.
Qeyd olunur ki, Türkiyənin xüsusi xidmət orqanları cinayətkar təşkilatının sıralarında maddi-texniki təminat və maliyyələşdirməyə cavabdeh olan terrorçu Kaparın uzunmüddətli müşahidədən sonra məhvi üçün əməliyyat təşkil edib.
Kapar PKK-ya 1992-ci ildə qoşulub. Uzun illər İraqda təşkilatın sıralarında “xidmət edib”, 2018-ci ildə Suriyaya köçüb. O, 1992-ci ildə Türkiyənin Şırnak vilayətinin Uludərə bölgəsində türk jandarmına qarşı 26 türk təhlükəsizlik qüvvələrinin həyatını itirdiyi, daha ikisinin isə qaçırıldığı hücumun təşkilatçısı olub.
PKK Türkiyəyə qarşı apardığı terror fəaliyyətləri ərzində qadın, uşaq və körpələr də daxil olmaqla 40 mindən çox insanın ölümünə görə məsuliyyət daşıyır.
- Əliyev və Paşinyan arasında danışıqlar ola bilər - Simonyan
- Azərbaycana göndərilən yük müsadirə edildi
- Babayev bu vəsaitləri niyə yalnız iri banklara yerləşdirir? - Rəsmi
- Putin Trampa güzəşt etməyəcək, tam işğal istəyir...
- Qazi və hamilə xanımı həlak oldu - Dəhşətli hadisə
- Hüseyn Həsənov cinayət işindən öncə buna cəhd edib
- Rusiya bu gecə qitələrarası raket buraxacaq – Kəşfiyyat
- Elgün öldürülüb, yoxsa intihar edib? - Ekstrasens