Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və İran İslam Respublikasının xarici işlər naziri Abbas Araqçi arasında telefon danışığı olub.
BUTA.TV APA-a istinadən xəbər verir ki, bu barədə İran XİN-in mətbuat xidməti məlumat yayıb.
Nazir Ceyhun Bayramov iranlı həmkarını yeni vəzifəsinə təyin olunması münasibətilə təbrik edib.
Ceyhun Bayramov İran İslam Respublikası ilə dostluq və mehriban qonşuluq münasibətlərini inkişaf etdirmək istəyinə toxunub, yeni dövrdə Tehran və Bakı arasında əməkdaşlığın daha da genişlənəcəyinə ümidvar olduğunu bildirib.
Araqçi azərbaycanlı həmkarına təşəkkür edib, Azərbaycan Respublikası ilə qarşılıqlı faydaya əsaslanan dostluq əlaqələrinin inkişaf etdirilməsini İran İslam Respublikasının xarici siyasətinin prioritetlərindən biri adlandırıb və mövcud tərəflərin imkanlarından daha çox istifadə edilməsinin vacibliyini vurğulayıb.
Tərəflər həmçinin Qafqaz regionunda baş verən hadisələri, eləcə də bəzi beynəlxalq məsələlərin araşdırılmasını müzakirə ediblər.
Nazirlər qarşılıqlı olaraq bir-birini paytaxtlara səfərə dəvət edib.
Tərəflər yüksək səviyyəli nümayəndə heyətlərinin mübadiləsini və iki ölkənin xarici işlər nazirlikləri arasında məsləhətləşmələri davam etdirməyin vacibliyini vurğulayıblar.
- Babayev bu vəsaitləri niyə yalnız iri banklara yerləşdirir? - Rəsmi
- Putin Trampa güzəşt etməyəcək, tam işğal istəyir...
- Qazi və hamilə xanımı həlak oldu - Dəhşətli hadisə
- Hüseyn Həsənov cinayət işindən öncə buna cəhd edib
- Rusiya bu gecə qitələrarası raket buraxacaq – Kəşfiyyat
- Elgün öldürülüb, yoxsa intihar edib? - Ekstrasens
- Ərdoğanın bu sözləri Azərbaycanda haqlı narazılıq yaradıb
- Arzu Əliyevadan Naxçıvanla bağlı daha bir paylaşım - Video