“Kontakt”ın “Şeş-Qoşa” kampaniyası: ilk avtomobil uduldu

10:00 - 26 Avqust 2024 - GÜNDƏM

 “Kontakt”ın “Şeş-Qoşa” kampaniyası: ilk avtomobil uduldu

Bir neçə gün əvvəl “Kontakt”ın ən çox sevindirən və qazandıran “Şeş-Qoşa” kampaniyasının sürprizli və təntənəli final tədbiri baş tutub. Kampaniyanın əsas mükafatı olan ən yeni “Toyota Corolla Cross” avtomobilinin ilk sahibi də məhz o gün bəlli olub.

Belə ki, “Kontakt”ın elə final tədbirinin baş tutduğu “Bakıxanov stansiyası” mağazasından ötən ay televizor almağa gələn əslən Qubalı Piriyev Köçəri kampaniyanın ilk avtomobilinin sahibi olub.

Avtomobilin açarlarını əlində möhkəm-möhkəm tutan Köçəri bəy bu anı həyatının ən böyük hədiyyəsi kimi dəyərləndirib və sevincini bizimlə bölüşməkdən çəkinməyib:

“Səhər evdən çıxıb finala gələndə sürücülük vəsiqəmi yanımda götürmüşdüm. Allahın işidir, alınar ümidilə… Maşının açarlarını əlimə götürməyincə inanmazdım ki, bu an doğrudan da yaşanır…Televizor almışdım, maşın sahibi oldum. Çox sevinirəm, çox… Sevincimdən o dəqiqə xəbəri bütün qohum-əqrəbama yaydım…(gülür)”

Qeyd edək ki, Köçəri bəydən başqa, finalda daha 10 nəfər avtomobillərin sahibi olmaq üçün hər kəsin gözü önündə zər yarışdırıb. Qoşa zərlər isə Piriyev Köçəri bəyin bəxtinə düşməyi seçib. Lakin, digər iştirakçılar da əliboş qalmayıb: onlar məhsul məbləğinin 100%-i geri alaraq və üstəlik, “Kontakt”dan hədiyyə kartı qazanaraq evlərinə dönüblər.

Tədbirin ən həyəcanlı məqamlarından biri də Xalq artisti Aygün Kazımovanın səhnəyə çıxması və tədbir iştirakçılarına möhtəşəm bir musiqi gecəsi yaşatması idi.

Lakin gecənin ən yaddaqalan anı isə Kazımovanın səhnədə açıqladığı xəbər olub. O, “Şeş-Qoşa” kampaniyasının sentyabrın sonuna qədər uzadıldığını elan edib və ən əsası, bu müddətdə kampaniyada iştirak edənlərin həm avtomobil, həm də “Sea Breeze”dən mənzil qazanmaq imkanının olduğunu da sözlərinə əlavə edib.

Şəbəkənin hələ çox danışılacaq final tədbiri bitsə də, böyük uduşlar və sevinclər yaşadan “Şeş-Qoşa” kampaniyası davam edir. Həm də bu dəfə daha möhtəşəm, daha çox prizli… Odur ki, hər kəsin sevinəcəyi bu kampaniyadan yararlanmaq üçün indi növbə sizindir!

Şərtlər barədə daha ətraflı məlumat üçün bu keçidə daxil ola bilərsiniz.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol